Davud İmanov

kinorejissor

(20.05.1945-20.09.2002)

Davud Hüseyn oğlu İmanov Qazaxıstanın Akmolla rayonunda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alib (1979-1984). Rusiyada təhsil alarkən “Peşəsi – aktrisa” (1981) sənədli filmini kurs işi kimi çəkib. İnstitutu fərqlənmə diplomu ilə bitirir. 1984-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor olaraq çalışıb. Onu ən çox tanıdan Sumqayıt hadisələrindən bəhs edən iki hissəli “Sumqayitin əks-sədasi” sənədli filmi olub. Ömrünün son illərində “MİR” dövlətlərarası televiziya şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyib (1995-2002). Bir çox beynəlxalq festivallarda münsif kimi iştirak edən rejissor Davud İmanov 20 sentyabr 2002-ci ildə vəfat edib.

  1. https://www.adalet.az/mobil/169378
  2. https://www.youtube.com/watch?v=HdcziwoKHdY
  3. https://www.trend.az/life/culture/3747669.html
  4. https://zerkalo.az/davud-imanov-patriot-vnesshij-bestsennyj-vklad-v-kinematograf-azerbajdzhana/

FILMOQRAFIYA:

  1. Özünü onun yerinə qoy (1983, sənədli film) –rejissor
  2. Üçüncü növbə (1984, sənədli film) – rejissor
  3. Hamı bir nəfər üçün (1984, sənədli film) – rejissor
  4. Rəşid Behbudov (1985, sənədli film) – rejissor
  5. Yürüşün sonu varmı? (1985, sənədli film) – rejissor
  6. Dənizçi ürəyi (1986, sənədli film) – rejissor
  7. Metodoloji seminar (1986, sənədli film) – rejissor
  8. Afroditanın qolları (1987, bədii film) – rejissor
  9. Kölgədə 40 dərəcə isti (1987, bədii film) – aktyor (Ziya)
  10. Seans (1988, animasiya filmi) – aktyor (kişi)
  11. Səttar Bəhlulzadə (1988, sənədli film) – rejissor
  12. Yeni tərzdə işləyirik (1988, sənədli film) – rejissor, ssenarist
  13. Yol ayrıcında (1988, sənədli film) – rejissor
  14. Zirzəmi (1990, bədii film) – rejissor
  15. Bais-N.92 (Mozalan) – rejissor
  16. Adsız su-N.98 (Mozalan) – rejissor
  17. Dayan doldurum-N.101 (Mozalan) – rejissor
  18. Nəticə-N.104 (Mozalan) – rejissor
  19. Yeni keyfiyyət haqqında-N.112 (Mozalan) – rejissor
  20. SOS-N.128 (Mozalan) – rejissor
  21. Reaksiya-N.143 (Mozalan) – rejissor
  22. Sumqayıtın əks-sədası (1991, sənədli film) – rejissor, ssenarist
  23. Yarasa (1995, tammetrajlı bədii film) – aktyor
  24. Ağ kətandakı adam (2000, sənədli film) – prodüser
Hüquqvarisi: həyat yoldaşı Firuzə İmanova
Əlaqə:018 655 56 21; 050 366 70 31
Ünvan:Sumqayıt şəhər, 3-cü məhəllə, ev 21/6, mənzil 10