Eldar Mansurov

bəstəkar

(28.02.1952)

Eldar Bəhram oğlu Mansurov Bakıda anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində (1968-1972), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində (1974-1979, Cövdət Hacıyevin sinfi) təhsil alıb. Əsərləri arasında “Sevgilimin anası” müzikli (1990), “Mahur-hindi” simfonik muğamı (1991), 4 saylı simfoniya (1991), kamera orkestri üçün “Freskalar” (1991), skripka və simfonik orkestr üçün “Adajio” (1991), simfonik orkestr üçün “Passakalya” (1991), 5 saylı simfoniya (1992), piano üçün “Miniatürlər” (1996), “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, teatr tamaşalarına musiqi – “Çələbi xan” (1990), “Dişi canavar” (1991), “Mənim ağ şəhərim” (1991), “Məşuqələr” (1992), “Pul dəlisi” (1992), “Nəğməli, təbəssümli səyahət” (1992), “Ah, qadınlar” (1992), “Evlənmək istəyirəm” (1993), “Aktyor” (1994), “Kələkbaz qızlar” (1994) var. 3000-dən artıq mahnının müəllifidir. Respublika İncəsənət Gimnaziyasında və İstanbulda pedaqoji fəaliyyətlə məşğul olub. BMTİ və Lider televiziyalarında musiqi redaktoru kimi çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub (2007-2012). Əməkdar incəsənət xadimidir (2005).

Bəstəkar Eldar Mansurov tarzən Bəhram Mansurovun oğludur.

Bəstəkar Eldar Mansurov təsvir rejissoru Aydın Mansurovun qardaşıdır.

Eldar Manrusovun rəsmi saytı: https://eldarmansurov.com/

  1. https://qafqazinfo.az/news/detail/eldar-mansurov-70-yasini-nece-qeyd-edir-354944
  2. https://news.milli.az/culture/129407.html
  3. https://eldarmansurov.com/
  4. https://kulis.az/xeber/edebi-tenqid/xeber________________________________________-14367
  5. http://azhistorymuseum.gov.az/az/news/3791
  6. https://azertag.az/xeber/Eldar_Mansurov_Qarabagname_baleti_uzerinde_isleyirem-2342720
  7. https://mia.az/w1008991/1008991
  8. https://adalet.az/mobil/168582

FILMOQRAFIYA:

  1. Aran (1985, qısametrajlı sənədli film) – bəstəkar
  2. Yürüşün sonu varmı? (1985, qısametrajlı sənədli film) – bəstəkar
  3. Neftçi – 87 (1987, qısametrajlı sənədli film) – bəstəkar
  4. Əndazədən çıxanda (1988, animasiya filmi) – bəstəkar
  5. Bəxtəvər (1990, qısametrajlı bədii film) – bəstəkar
  6. Güzgü (II) (1990, animasiya filmi) – bəstəkar
  7. Almas İldırım (1991, qısametrajlı sənədli film) – bəstəkar
  8. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – bəstəkar
  9. Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – bəstəkar
  10. Dəniz səyahəti (1992, animasiya filmi) – bəstəkar
  11. Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – bəstəkar
  12. Əzablı qurtuluş (1993, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  13. Qisas günü (1993, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  14. Hökm (1994, tammetrajlı bədii film) – bəstəkar
  15. İşğal (1994, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  16. Bala-başa bəla! (1995, tammetrajlı film-tamaşa) – bəstəkar
  17. Yük (1995, tammetrajlı bədii film) – bəstəkar, aktyor (Şəmsi Əsədullayev)
  18. Bir cənub kəndində (1997, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  19. Heydər Əliyev (1999-2013, sənədli serial) – bəstəkar
  20. Şirin bülbül (2000, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  21. Bakı qalasında gəzinti (2003, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  22. Mahur Hindi (2001, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  23. İlham Əliyev. “Olimp”in fəthinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  24. Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  25. Abşeron lövhələri (II) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  26. Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – bəstəkar
  27. Toy (II) (2005, tammetrajlı bədii film) – bəstələrindən istifadə olunub
  28. Arzularını çəkən rəssam (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  29. Bakı bağları (2007, sənədli serial) – bəstəsindən istifadə olunub
  30. Gəl!.. (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  31. Siçan və pişik (2007, animasiya filmi) – bəstəkar
  32. Azarkeş (2008, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  33. Təhlükəsizliyimizin tarixi (2009, sənədli serial) – bəstəkar
  34. Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  35. Tırtılın arzusu (2010, animasiya filmi) – bəstələrindən istifadə olunub
  36. Ayrılıq üçün bəhanə (2011, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
  37. Hörümçək toru (2011-2012, bədii serial) – bəstəkar
  38. Eldən-elə: Qax Sarıbaş (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  39. Tarın sədaları. Mansurovlar (2013, qısametrajlı sənədli film) – bəstəkar
  40. Dələduzlar (2014, tammetrajlı bədii film) – bəstəkar
  41. Günəşim ol (2016-2017, bədii serial) – bəstəkar
  42. Çin olan yuxu (2017, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
Eldar Mansurov-5
Əlaqə:+994 50 223 16 61
Ünvan:AZ1022, Bakı şəhəri, Kaveriçkina 13, mənzil 57.