Eldar Quliyev

kinorejissor, ssenarist, prodüser

(18.01.1941 – 16.04.2021)

Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İntitutunun rejissorluq fakültəsində təhsil alıb. I kursda Roman Karmenin sənədli film sinfində, daha sonra isə Sergey Gerasimovun bədii film sinfində oxuyub. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bir çox bədii və sənədli filmin müəllifidir. Həmçinin bir çox filmin ssenari müəllifidir. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev/Rusiya) filmində məmur rolunda çəkilib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda  mükafatlara layiq görülüb. Respublika Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq Artistidir. 1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Fəxri Prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. Yaradıcılığı müxtəlif mövzularla, janrlarla zəngindir. “Bir cənub şəhərində” filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. “Film janrına görə komediya-daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir” (Yuri Xanyutin). Eldar Quliyev Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978), Xalq artisti (1983) fəxri adlarına, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli kino” mükafatına (2016), “Qızıl çinar” beynəlxalq mükafatına (2018) layiq görülüb. Rejissor Eldar Quliyev 16 aprel 2021-ci ildə vəfat edib.

Rejissor Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğludur.

Rejissor Eldar Quliyev ssenarist Nərminə Quliyevanın atasıdır.

  1. https://aki.az/eldar-quliyev-80/
  2. https://sputnik.az/20210416/Kino-xadimlri-Eldar-Quliyev-haqqnda-Azrbaycan-mhtm-rejissorunu-itirdi-426724186.html
  3. https://ona.az/az/medeniyyet/xalq-artisti-eldar-quliyev-vefat-edib-28582
  4. https://modern.az/news/52214/
  5. https://konkret.az/eldar-quliyev-bir-cenub-seherinde-ve-babek-le-azerbaycan-kinosunda-iz-qoymus-rejissor/
  6. https://senet.az/rejissor-eldar-quliyev-milli-kino-mukafatina-layiq-gorulub/
  7. https://filmfond.az/2021/01/17/eldar-quliyev-80/
  8. https://www.bizimyol.info/az/news/383061.html

FILMOQRAFIYA:

  1. Əsl dost (1959, tammetrajlı bədii film) – rejissor köməkçisi
  2. Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – rejissor
  3. Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  4. Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – rejissor
  5. Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – rejissor
  6. Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – rejissor
  7. Var olun, qızlar (1972, tammetrajlı bədii film) – rejissor
  8. Səmt küləyi (1973, tammetrajlı bədii film) – rejissor
  9. Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – rejissor
  10. Sevinc buxtası (1977, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  11. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (tamaşaçı)
  12. Babək (1979, tammetrajlı bədii film) – rejissor
  13. Qızıl uçurum (1980, tammetrajlı bədii film) – bədii rəhbər
  14. Nizami (III) (1982, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  15. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  16. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – bədii rəhbər
  17. Burulğan (1986, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  18. Ata (1988, qısametrajlı sənədli film) – bədii rəhbər
  19. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – bədii rəhbər
  20. Çat (1988, qısametrajlı sənədli film) – ssenari müəllifi
  21. Dəvətnamə (1989, qısametrajlı bədii film) – bədii rəhbər
  22. Dünən, bu gün və… (1989, qısametrajlı sənədli film) – ssenari müəllifi
  23. Təxribat (1989, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  24. Bəxtəvər (1990, qısametrajlı bədii film) – bədii rəhbər
  25. Güzgü (1990, qısametrajlı bədii film) – bədii rəhbər
  26. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – bədii rəhbər
  27. Bizim Nəsibə xanım… (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  28. Haqqın dərgahı (1991, qısametrajlı sənədli film) – bədii rəhbər
  29. Qisas (1991, qısametrajlı bədii film) – bədii rəhbər
  30. Özüm və zaman haqqında (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  31. Dostuma məktub (1992, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  32. Lal (1992, qısametrajlı bədii film) – bədii rəhbər
  33. Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – bədii rəhbər
  34. Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (mafiya başçısı)
  35. Təhminə (1993, tammetrajlı bədii film) – aktyor
  36. Elegiya (1997, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  37. Vahimə (1998, qısametrajlı bədii film) – bədii rəhbər
  38. Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  39. Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – bədii rəhbər
  40. Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – ssenari müəllifi
  41. Əsirin qayıtması (2002, qısametrajlı bədii film) – bədii rəhbər
  42. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – bədii rəhbər
  43. Odla qol-boyun (2002, qısametrajlı bədii film) – bədii rəhbər
  44. Ümid (III) (2002, qısametrajlı bədii film) – bədii rəhbər
  45. Girov (2005, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  46. Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  47. Heydər Əliyev. Dünyaya pəncərə (2006, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  48. Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
  49. Heydər Əliyev – Vətənin keşiyində (2007, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  50. Monoloq. Ömər Eldarov (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
  51. Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – bədii rəhbər
  52. Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi
  53. Psixiatr (2009, qısametrajlı bədii film) – bədii rəhbər
  54. İstanbul reysi (2010, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  55. Sən o səsi hardan aldın (2010, qısametrajlı sənədli film) – yaradıcı heyətin üzvü
  56. Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – bədii rəhbər
  57. Qala (II) (2011, qısametrajlı bədii film) – bədii rəhbər
  58. Vəsiyyət (2011, qısametrajlı bədii film) – bədii rəhbər
  59. Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – bədii rəhbər
  60. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  61. Eliza (2014, qısametrajlı bədii film) – bədii rəhbər
  62. Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – bədii rəhbər
  63. Rast. Niyazi (2014, qısametrajlı sənədli film) – bədii rəhbər
  64. Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – bədii rəhbər
  65. Ayaqqabı əməliyyatı (2016, qısametrajlı bədii film) – bədii rəhbər
  66. Hədiyyə (2016, qısametrajlı bədii film) – bədii rəhbər
  67. Yol ayrıcında qalmış taksi (2017, qısametrajlı bədii film) – bədii rəhbər
Hüquqvarisi:Qızı Nərminə Quliyeva
Əlaqə:+994 12 431-77-31
Ünvan:Bakı şəhəri Moskva prospekti 1.