Eldəniz Quliyev

Ssenarist
(20.04.1952)

Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt” studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz”, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu (1985), “Kölgəsiz adam” hekayə və povestlər kitabı (1998), “Rasim Balayev” (1999) kitabları nəşr olunub.

Ssenarist Eldəniz Quliyev aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.

Ssenarist Eldəniz Quliyev rejissor Nəcəf Quliyevin atasıdır.

  1. https://www.nuh.az/region/page/8/25168-eldniz-quliyev-yeni-hrkat-yaratd-mhur-simalar.html
  2. http://az.baku-art.com/az/bu-gun-ssenarist-ve-kinodramaturq-eldeniz-quliyevin-dogum-g-n-d-r/

FILMOQRAFIYA:

  1. Belə bir kənd var (1981, qısametrajlı sənədli film) – ssenari müəllifi
  2. Azərbaycan kauçuku (II) (1983, qısametrajlı sənədli film) – redaktor
  3. Cırtdan-pəhləvan haqqında – II film (1983, animasiya filmi) – ssenari müəllifi
  4. Sehrli ləçək (1983, animasiya filmi) – ssenari müəllifi
  5. Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – ssenari müəllifi
  6. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Mirzə)
  7. Bircəciyim (1986, tammetrajlı bədii film) – redaktor
  8. Afroditanın qolları (1987, qısametrajlı bədii film) – redaktor
  9. Düşüncə (1987, animasiya filmi) – redaktor
  10. Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – ssenari müəllifi
  11. Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – ssenari müəllifi
  12. Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – redaktor
  13. Ata (1988, qısametrajlı sənədli film) – redaktor
  14. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  15. Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – redaktor
  16. Dəvətnamə (1989, qısametrajlı bədii film) – redaktor
  17. Həmyerli (1989, qısametrajlı bədii film) – redaktor
  18. Hücum (1989, qısametrajlı bədii film) – redaktor
  19. Son tamaşa (1989, qısametrajlı sənədli film) – redaktor
  20. Bəxtəvər (1990, qısametrajlı bədii film) – redaktor
  21. Güzgü (1990, qısametrajlı bədii film) – redaktor
  22. Qara qızılın qara üzü (1990, qısametrajlı sənədli film) – ssenari müəllifi
  23. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – redaktor
  24. Abşeronda subtropik bitkilər (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  25. Bizim Nəsibə xanım… (1991, qısametrajlı sənədli film) – redaktor
  26. Haqqın dərgahı (1991, qısametrajlı sənədli film) – redaktor
  27. Qisas (1991, qısametrajlı bədii film) – redaktor
  28. 777 №-li iş (1992, tammetrajlı bədii film) – ssenari müəllifi
  29. Lal (1992, qısametrajlı bədii film) – ssenari müəllifi
  30. Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – redaktor
  31. Haray (II) (1993, tammetrajlı bədii film) – ssenari müəllifi
  32. Qoca əsgər (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  33. Parlament (1996, qısametrajlı sənədli film) – ssenari müəllifi
eldeniz_quliyev
Kontakt:
Ünvan: