Elşən Zeynalov

rejissor

(19.01.1975)

Elşən Zeynallı (Elşən Zeynalov) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb (1993-1997, Eldar Quliyevin kursu). Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin çəkilişində iştirak edib. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (1997), ATV İnternational kanalının “Televiziya Filmləri Studiyası”nda (2011-2013), CBC TV-nin “Televiziya Filmləri Studiyası”nda (2013) rejissor kimi çalışıb. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissorudur. Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin “Cəhənnəm sakinləri” pyesinə quruluş verib. Ssenari müəllifi və rejissoru olduğu “Şuşasız” adlı tamaşanı hazırlayıb. Respublika Gənclər mükafatı laureatıdır. 2021-ci ildən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

  1. http://kinobiz.az/celebrity/els%C9%99n-zeynalli/
  2. http://anl.az/down/meqale/uc_noqta/2013/noyabr/334161.htm
  3. https://azertag.az/xeber/1950754
  4. https://kulis.az/xeber/kino/xeber_______________________________________-10034
  5. https://aqreqator.az/az/medeniyyet/479693
  6. https://sumqayit24.az/aprel-doyusl-rind-s-hid-olan-q-hr-manlara-h-sr-edil-n-film-t-qdim-olunub/

FILMOQRAFIYA:

  1. Sarı gəlin (1998, tammetrajlı bədii film) – rejissor assistenti
  2. Vokal (2000, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  3. Qədim hamamlar (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  4. Nehrəmli qız (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  5. Şəkidə toy (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  6. Zülfü ocağı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  7. Ağ rəngin musiqisi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  8. Naxçıvan muzeyləri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  9. Oxuyan ürəkdir (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  10. Tərəkəmə (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  11. İsmayıl bəy Qutqaşenli (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  12. Mariya (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  13. Ömür qatarı. Yaşar Səfərov (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  14. Bizim qəribə taleyimiz (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  15. Ozan (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  16. Şair haqqında ballada. Tofiq Bayram (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  17. Çingiz Sadıqov (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  18. Sarıbaş (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  19. Saz haqqı (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  20. Zərif nəfəs (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  21. Əziz Əliyev olduğu kimi (2007, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  22. Qüdsi (2007, qısametrajlı sənədli televiziya filmi) – aktyor
  23. Mən kiməm? Fikrət Qoca (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  24. Şamaxı abidələri (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  25. Axıska türkləri (2008, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  26. Ərkivan (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  27. Onlarla birlikdə (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  28. Aran nağılı (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  29. Bir şəhərin tarixçəsi (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  30. İngiloylar (II) (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  31. Balaban (II) (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  32. Çildağ (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  33. Fransız qadının gündəliyi (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  34. Halay (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  35. Korrupsiyaya qarşı hamılıqla mübarizə (2011, qısametrajlı sənədli film) – rejissor
  36. Abşeron incisi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  37. Çayın nağılı (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  38. Didərgin atlar (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  39. Günəşin batdığı yer (2012, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  40. Halay (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  41. Naftalan möcüzəsi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  42. Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  43. İvanovka (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  44. Şəki olduğu kimi (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  45. Fədakar (2015, tammetrajlı bədii film) – koordinator
  46. Mən səninləyəm, ana Vətən (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  47. Soyuq günəş (2020, tammetrajlı bədii film) – rejissor
  48. Vətənin sipəri, mərdin təpəri (2020, qısametrajlı sənədli film) – rejissor
  49. Qəribəm bu vətəndə (qısametrajlı sənədli televiziya filmi) – rejissor
Elsen Zeynalli-1
Əlaqə:012 431 77 31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.