Elxan Cəfərov

kinorejissor

(29.04.1967)

Elxan Pərviz oğlu Cəfərov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (A.Batalovun kursu). Kiçik yaşlarında uşaq filmlərində çəkilib. Bir müddət Azərbaycan Dövlət Dram Teatrı və “Yuğ” Teatrında aktyor kimi çalışıb. Azərbaycan televiziyasında və özəl studiyalarda çalışıb. 1995-ci ildə ilk tammetrajlı filmini, sonralar isə müxtəlif klip və reklam çarxları çəkib. Hazırda rejissor kimi fəaliyyət göstərir. Xarici film istehsalçılarının “Hazır olun, Əlahəzrət” (1978, rejissor Vladimir Popkov / Rusiya) uşaq filmində baş rolda – şahzadə Delixyar Surambuka rolunda çəkilib. 2015-ci ildə “Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında və 2018-ci ildə “Cünhuriyyətin 9 şəkli” filminə görə “Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatlarına layiq görülüb. Əməkdar incəsənət xadimidir.

Rejissor, aktyor Elxan Cəfərov rejissor Pərviz Cəfərovun və jurnalist Mailə Muradxanlının oğludur.

Rejissor, aktyor Elxan Cəfərov aktrisa Gülzar Qurbanovanın həyat yoldaşıdır.

  1. https://www.youtube.com/watch?v=jgAYnjaVndw
  2. https://modern.az/olke/62565/kadrarxasi-rejissor-elxan-ceferov-dolu-filminde-bas-qehremanin-anasi-roluna-z-heyat-yoldasini-cekib/
  3. https://teleqraf.com/news/art/130407.html
  4. https://musavat.com/news/rejissor-elxan-ceferov-demezdim-ki-heyatimin-tehminesi-olub_399117.html
  5. https://azvision.az/news/258837/-elxan-ceferov–qarsimiza-cixan-maneeler-bizim-xeyrimizedir–musahibe–.html

FILMOQRAFIYA:

  1. Sevinc buxtası (1977, tammetrajlı bədii film) – aktyor (Atamoğlan)
  2. Şir evdən getdi (1977, tammetrajlı bədii film) – aktyor (Rüstəm)
  3. Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (Fazil)
  4. Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – aktyor (Nadir)
  5. Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor (uşaq)
  6. Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (Adil)
  7. Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (Zaur)
  8. Kənar adamlar (1992, tammetrajlı bədii film) – aktyor (Ayaz)
  9. Məhbus (1995, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  10. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – ssenari müəllifi, aktyor (Zaur)
  11. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – filmi səsləndirən (Basat)
  12. Əlvida (2007, tammetrajlı bədii film) – rejissor
  13. Azərbaycan xalçası (II) (2009, qısametrajlı sənədli film) – filmi səsləndirən
  14. Azərbaycan Odlar Yurdu (2009, tammetrajlı sənədli film) – filmi səsləndirən
  15. Bir addım (2009, qısametrajlı bədii film) – filmi səsləndirən
  16. Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  17. Əlavə təsir (2010, tammetrajlı bədii film) – rejissor
  18. Fırtınalar qoynunda keçəcək bir ömür (2011, qısametrajlı sənədli film) – filmi səsləndirən
  19. Dolu (2012, tammetrajlı bədii film) – rejissor (2015, “Qızıl Pəri” mükafatı – Ən yaxşı rejissor”)
  20. Düşmən laylası (2014, qısametrajlı bədii film) – rejissor
  21. Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – filmi səsləndirən
  22. 1 Şəhər motivləri – Qonşu qadın (2015, tammetrajlı bədii film, kinoalmanax) – aktyor
  23. Yarımçıq xatirələr (2015, tammetrajlı bədii film) – rejissor
  24. Əbədi ezamiyyət (2016, tammetrajlı sənədli film) – filmi səsləndirən
  25. Canavar ovu (2017, qısametrajlı sənədli film) – rejissor
  26. Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – rejissor (2018, “Qızıl Pəri” mükafatı – “Cümhuriyyətin 100 illiyinə həsr olunmuş əın yaxşı audiovizual əsər”)
  27. Haray (IV) (2019, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
  28. 20 yanvarda doğulanlar (2022, tammetrajlı bədii film) – rejissor
Əlaqə:+994 55 511 11 02
Ünvan:Bakı şəhəri, Moskva pr.75, mənzil 6.