Fariz Əhmədov
rejissor
(15.12.1983)
Əhmədov Fariz Asif oğlu 1983-cü il dekabrın 15-də anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin sənətşünaslıq fakultəsində “ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisasını, 2012-ci ildə Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetində (VGİK) kinorejissor ixtisasını bitirmişəm.
Almaniya, Gürcüstan, İran, Rusiya, Serbiya və s. ölkələrdə keçirilən prodüser, rejissor və dramaturgiya ustad dərslərinin (master klaslarının) iştirakçısı olmuşam.
10-dan artıq bədii, sənədli və animasiya filminin prodüseridir.
2009-cu ildə Berlin kinofestivalının Berlin Talant Campus bölməsinin iştirakçısı olmuşdur.
2011-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”-nın lauriatı olmuşdur.
Filmləri dünyanın 60-dan artıq ölkəsində keçirilən nüfuzlu kinofestivallarının iştirakçısı olub və 50-dən artıq beynəlxalq kinofestivalın mükafatçısıdır.
2012-2015-ci illərdə “AZANFİLM” cizgi filmləri studiyasının direktoru-bədii rərbəri vəzifəsində işləmişdir.
2013-2014-cü illərdə Bakıda keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olmuşdur..
Filmoqrafiya:
2008 – “Lahıc ritmləri”- (sənədli film)
2008 – “Qocalar” – (qısametrajlı bədii film)
2009 – “Bir addım” – (qısametrajlı bədii film)
2010 – “Miras” – (sənədli film)
2012 – “Mayak” – (qısametrajlı bədii film)
2013 – “Əriyan ada” – (sənədli film)
2016 – “Əbədi ezamiyyət” – bədii-sənədli
