Fikrət Əliyev

rejissor

(12.12.1939-08.03.2016)

Fikrət Balağa oğlu Əliyev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində (1962-1966, Adil İsgəndərovun kursu), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali ssenari və rejissorluq kurslarında (1971-1972) təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Mozalan” satirik kinojurnalında 20-yə yaxın süjetin müəllifidir. Lider Televiziyasının dublyaj redaksiyasında çalışıb (2003-2008). Əməkdar incəsənət xadimi (2005) Fikrət Əliyev 2016-cı ildə vəfat edib, Əmircan qəbiristanlığında dəfn olunub.

  1. http://www.anl.az/down/meqale/525/2018/dekabr/623322.htm
  2. https://medeniyyet.az/page/news/38701/Unudulmaz-rejissor-Fikret-Eliyevin-xatiresi-yad-edilib.html
  3. https://senet.az/14454/
  4. https://filmfond.az/2019/12/16/fikr%C9%99t-%C9%99liyev-80/
  5. http://teref.az/sou-biznes/20518-oglunun-meyiti-tapilan-rejissorun-ozu-de-oldu-fikret-eliyev-vefat-etdi.html
  6. https://aqreqator.az/az/cemiyyet/1157762

FILMOQRAFIYA:

  1. İnsan məskən salır (1967, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (həkim)
  2. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – aktyor (Murad)
  3. Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – ikinci rejissor
  4. Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Şamxal)
  5. Gün keçdi (1971, tammetrajlı bədii film) – ikinci rejissor
  6. Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
  7. Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – ikinci rejissor
  8. Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – ikinci rejissor
  9. Qızıl uçurum (1980, tammetrajlı bədii film) – rejissor
  10. Azərbaycanda qoyunçuluq (1982, qısametrajlı sənədli film) – rejissor
  11. Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – rejissor
  12. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor
  13. Yuxu (2001, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
  14. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  15. Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (Arif)
Hüquqvarisi:Əliyeva Qəmər (həyat yoldaşı)
Əlaqə:051-830-02-55
Ünvan:Bakı ş. Moskva pr.1.