Gülbəniz Əzimzadə
Rejissor
(1947-2006)
26.04.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur.1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində, 1969-1974-cü illərdə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsində təhsil almışdır. Diplom işi “Nəğmə dərsi” 1974-1998-ci illərdə, “Azərbaycanfilm kinostudiyasında quruluşçu-rejissor işləmişdir.Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.”Molodost-80”, Kiyev şəhəri-mükafat və diplom.1981 Yerevan şəhəri IX Televiziya filmləri festivalı baş mükafatı.
Filmoqrafiya:
1974 – “Nəğmə dərsi”- (bədii film)
1974 – “Sabah bu gündən başlayır” – (sənədli film)
1978 – “Dantenin yubileyi” (bədii film)
1980 – “Təkcə adanı özünlə apara bilmərsən” – (bədii film)
1983 – “Qaladan tapılan mücrü” – (bədii film)
1983 – “Ötən ilin son gecəsi” – (bədii film)
1984 – “Avqust gələndə” – (bədii film)
1987 – “İmtahan”- (bədii film)
1990 – “Qətl günü” – (bədii film)
1992 – “Müqəddəs oda yanaram” – (bədii film)
1995 – “Ümid”- (bədii film)
