Hafiz Əhədov
Rejissor
(.)
Ağanağı Yaqub oğlu Axundov 13 oktyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məkltəbinə daxil olmuş,həmin məktəbi orta məktəblərdə rəsm və rəsmxət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Ağanağı Axundov 1963-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun animasiya filmlərinin quruluşçu rejissoru ixtisasına yiyələnərək bitirmişdir. 26 oktyabr 1964-cü ildə hərbi xidməti başa vuran Ağanağı Axundov 1967-ci ildə Kinematoqrafiya İttifaqına, 1980-cı ildə isə Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.A.Axundov cizgi filmləri cizgi filmləri ilə yanaşı bir sıra bədii və sənədli filmlərdə də çalışmışdır.(“İnsan məskən salır”-geyim üzrə rəssam, “Gecə qatarında qətl-quraşdırılmış səhnələrin rəssamı).Azərbaycan kinosuna verdiyi töhvələrə görə A.Axundov 30 oktyabr 1989-cu ildə Əmək veteranı ordeni ilə təltif edilmişdir.Ağanağı Axundov 2002-ci il avqustun 26-da vəfat etmişdir.
- http://kinobiz.az/celebrity/aganagi-axundov/
- https://audiovisual.az/kinorejissorlar/aganagi-axundov/
- https://az.wikipedia.org/wiki/A%C4%9Fana%C4%9F%C4%B1_Axundov
- https://v-s.mobi/p%C4%B1sp%C4%B1sa-xan%C4%B1m-v%C9%99-si%C3%A7an-b%C9%99y-film-1974
Filmoqrafiya:
- İnsan məskən salır (1967, tammetrajlı bədii film) – geyim rəssamı
- Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (1967, qısametrajlı sənədli film) – rejissor
- Aslan və iki öküz (1970, animasiya filmi) – rejissor
- Ayı və siçan (1970, animasiya filmi) – yaradıcı heyətin üzvü
- Fitnə (1970, animasiya filmi) – rejissor
- Pıspısa xanım və siçan bəy (1974, animasiya filmi) – rejissor
- Cücələrim (II) (1980, animasiya filmi) – rejissor
- Sən belə cımbılısan (1982, animasiya filmi) – rejissor, ssenari müəllifi
- Sehrli naxışlar (1984, animasiya filmi) – rejissor
- Bahar əyləncələri (1989, animasiya filmi) – rejissor
- Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin rəssamı
