İlqar Nəcəf

Rejissor

(02.03.1975)

İlqar Nəcəf  Qərbi Azərbaycanın Vedibasar mahalında anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Sumqayıta köçüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. Berlin kinofestivalının Talent Campus bölməsində iştirak edib. Filmləri müxtəlif beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb. İlqar Nəcəf 2018-ci ildə “Nar bağı” film ilə “Ən yaxşı bədii film” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatının qalibi olubAsiya və Sakit Okean hövzəsi ölkələrinin Kino Akademiyasının (APSA) üzvüdür. 2005-ci ildə “Butafilm” kinoşirkətini təsis edib və hazırda onun rəhbəridir.

  1. http://kinobiz.az/celebrity/ilqar-n%C9%99c%C9%99f/
  2. https://www.youtube.com/watch?v=cKswd4gVF9A
  3. https://www.youtube.com/watch?v=p4Pp0oau0ds
  4. https://kulis.az/xeber/senet/xeber_____________________________________-19048
  5. https://kulis.az/xeber/media/Ilqar-Ncfdn-yeni-film-glir-colorredQarcolor-27792
  6. https://manera.az/index.php?newsid=4994
  7. https://yenixeber.org/medeniyyet/40075-nar-baginin-rejissoru-qalib-oldu.html
  8. http://www.yarat.az/index.php?lang=az&page=12&yrtEventID=1842&yrtLocationID=3
  9. https://teleqraf.com/tags/3564/

FILMOQRAFIYA:

  1. Kölgəsiz komalar (2000, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
  2. Azərbaycan (II) (2001, qısametrajlı sənədli film) – rejissor
  3. Bir qoca var… (2002, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
  4. Altıaylıq (2005, qısametrajlı sənədli film) – prodüser
  5. Sirat körpüsü (2007, tammetrajlı bədii film) – prodüser
  6. Arxası qibləyə (2009, qısametrajlı bədii film) – prodüser
  7. Leninə məktub (2009, qısametrajlı sənədli film) – prodüser
  8. Teatral həyat (2009, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  9. Neftlə çəkilmiş portret (2010, qısametrajlı sənədli film) – baş prodüser
  10. Buta (II) (2011, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
  11. Elm məbədi müstəqillik illərində (2011, qısametrajlı sənədli film) – baş prodüser
  12. Akademik Bünyadovun missiyası (2012, qısametrajlı sənədli film) – baş prodüser
  13. Yuva (2012, tammetrajlı bədii film) – prodüser
  14. Mənim tanıdığım Vaqif (2015, qısametrajlı sənədli film) – baş prodüser
  15. Nar bağı (2017, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser(“Ən уaxşı bədii film”-“Qızıl Pəri” mükafatı, 2018)
  16. Suğra və oğulları (2020, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, baş prodüser
Əlaqə:050 208 38 04
Ünvan:AZ 1010 D.Əliyeva küçəsi 251A, mənzil 59.