İmran Qasımov
ssenarist, yazıçı
(25.11.1918 – 20.04.1981)
İmran Haşım oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində və Moskvada Ali ssenari kurslarında təhsil alıb. Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi (1975-1981) vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1938-ci ildə ssenarist və dramaturq kimi başlayıb. 20-dək rоman, pоvest və hekayə kitabının müəllifidir. “Sən nə üçün yaşayırsan”, “Dairəni genişləndirin”, “İnsan məskən salır”, “Хəzər üzərində şəfəq”, “Ömrümüz qısadır” pyesləri tamaşaya qоyulub. “Uzaq sahillərdə” (1954), “İllər keçir” (1968), “Fransız qobeleni (Yol qeydləri)” (1970), “İtaliya mozaikası” (1972) və s. kitabların müəllifidir. Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət mükafatı laureatı (1980) İmran Qasımov 1981-ci idə vəfat edib.
- https://president.az/az/articles/view/29223
- http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_aprel2009/73562.htm
- https://aqreqator.az/az/cemiyyet/1127036
- https://525.az/news/110961-xalq-yazicisi-imran-qasimov-anildi
- https://az.strategiya.az/news.php?id=142758
- https://www.azkataloq.org/photo/1360/imran-qasimov-dovlet-mukfati-alarken-1980
- https://www.clb.az/dosyalar/1702.pdf
FILMOQRAFIYA:
- Yeni horizont (1940, tammetrajlı bədii film) – ssenari müəllifi
- Sovqat (1942, qısametrajlı bədii film) – ssenari müəllifi
- Əbədi odlar ölkəsi (1945, tammetrajlı sənədli film) – ssenari müəllifi
- Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Axşam konserti (1948, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Xəzər nefti (1948, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Böyük yol (1949, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Səhər nəğməsi (1950, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Sovet Azərbaycanı (II) (1950, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azərbaycanın müalicə ocaqları (1951, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xəzər neftçiləri haqqında dastan (1953, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Quba bağlarında (1953, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Gənc metallurqlar (1956, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – ssenari müəllifi
- Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Dənizi fəth edənlər (1959, tammetrajlı sənədli film) – ssenari müəllifi
- Əsl dost (1959, tammetrajlı bədii film) – ssenari müəllifi
- Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) – ssenari müəllifi
- Yolda əhvalat (1960, qısametrajlı bədii film) – ssenari müəllifi
- Azərbaycanın kurortlarında (1961, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bizim küçə (1961, tammetrajlı bədii film) – ssenari müəllifi
- Xəzərdə möcüzə (1961, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Mən Xəzər dənizçisiyəm (1961, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bu, Qum adasında olmuşdur (1962, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Mənim dostum (1963, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Yollar və küçələrlə (1963, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Kimi daha çox sevirik – Zirvə (1964, tammetrajlı bədii film, kinoalmanax) – ssenari müəllifi
- O geri çəkilməlidir (1966, qısametrajlı sənədli film) – ssenari müəllifi
- İnsan məskən salır (1967, tammetrajlı bədii film) – ssenari müəllifi
- Odlar yurdu (1967, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Hücumçu həmişə irəlidədir (1968, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – ssenari müəllifi
- Mən Bakı fəhləsiyəm (1970, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (1970, sənədli serial) – ssenari müəllifi
- Bakı arxipelaqı (1971, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Günəş ardınca, sağlamlıq ardınca (1971, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Yazıçının bir günü (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Qocaman Xəzərin gəncliyi (1972, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Zirvə buludu (1972, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Sekundantlar, rinq arxasına! (1974, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Şanlı partizan (1975, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Baharla birgə (1978, qısametrajlı sənədli film) – ssenari müəllifi
- İ.Brejnev Bakıda (1979, tammetrajlı sənədli film) – ssenari müəllifi
- Yaz harada, biz orada (1984, qısametrajlı sənədli film) – ssenari müəllifi
