İsmayıl Dadaşov

Musiqi redaktoru, şair
(23.03.1957 – 22.10.2020)

İsmayıl Cabir oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Hələ məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərən İsmayıl şeir yaradıcılığına başlayıb və onun ilk qələm təcrübələri oxucuların diqqətinə səbəb olub. 1978-ci ildə sözlərinə ilk dəfə musiqi bəstələnib. Azərbaycan Televiziyası və Radiosu, “Azərbaycanfilm” kinostudiyası, “Space” teleradio şirkətində çalışıb. Əhməd Orucoğlunun “Pul dəlisi”, “Qonşular”, “Qayınana əməliyyatı”, Marat Haqverdiyevin “Qısqanc ürəklər” və s. tamaşalar üçün mahnı mətni yazıb. Uzun müddət “Azərbaycanfilm” kiinostudiyasında musiqi redaktoru olaraq çalışıb. 2011-ci ildə Əməkdar mədəniyyət işçisi fxri adına layiq görülüb. İsmayıl Dadaşov 22 oktyabr 2020-ci ildə vəfat edib.

  1. http://anl.az/down/meqale/ayna/ayna_oktyabr2009/92953.htm
  2. https://www.youtube.com/watch?v=PYykRfKAaog
  3. https://qafqazinfo.az/news/detail/ismayil-dadasov-vefat-etdi-302818
  4. https://news.milli.az/culture/6821.html

FILMOQRAFIYA:

  1. Adı sənin, dadı mənim (1980, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  2. Mənim günahım (1985, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  3. Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  4. Düşüncə (1987, animasiya filmi) – musiqi redaktoru
  5. Hədəf (1987, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  6. Ata (1988, qısametrajlı sənədli film) – musiqi redaktoru
  7. Seans (1988, animasiya filmi) – musiqi redaktoru
  8. Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – bəstəkar, musiqi redaktoru
  9. Kürən (1989, animasiya filmi) – musiqi tərtibatçısı
  10. Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – yaradıcı heyətin üzvü
  11. Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  12. Şahzadə qız Mimo (1991, animasiya filmi) – musiqi tərtibatçısı
  13. Ümid (1992, animasiya filmi) – musiqi redaktoru
  14. Haray (II) (1993, tammetrajlı bədii film) – musiqi redaktoru
  15. Hökm (1994, tammetrajlı bədii film) – musiqi redaktoru
  16. Köpək (1994, tammetrajlı bədii film) – bəstəkar, musiqi tərtibatçısı
  17. Prima (1994, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  18. Söhbətül əsmar (1994, animasiya filmi) – musiqi tərtibatçısı
  19. Şüalə (1994, animasiya filmi) – musiqi tərtibatçısı
  20. Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – musiqi redaktoru
  21. Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – musiqi redaktoru
  22. Ayrılıq (1995, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  23. Duel (1995, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  24. Karvan (1995, animasiya filmi) – musiqi tərtibatçısı
  25. Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  26. Yük (1995, tammetrajlı bədii film) – musiqi redaktoru
  27. Artilleriyanın “Allah”ı sayılırdı (1996, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  28. Azərbaycan kinosu-80 (1996, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  29. Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – musiqi redaktoru
  30. Son döyüş (1996, tammetrajlı bədii film) – mahnı mətni müəllifi, musiqi redaktoru
  31. Ayrılan yollar (1997, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  32. Ailə (1998, tammetrajlı bədii film) – musiqi redaktoru
  33. Bığ əhvalatı (1998, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  34. Sarı gəlin (1998, tammetrajlı bədii film) – musiqi redaktoru
  35. Spasibo (1998, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  36. Həsən Əbluc (1999, qısametrajlı sənədli televiziya filmi) – mahnı mətni müəllifi
  37. “Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi, musiqi tərtibatçısı
  38. Məhv olmuş gündəliklər (1999, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  39. Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  40. Heydər Əliyev (1999-2013, sənədli serial) – musiqi redaktoru
  41. Çalalar (2000, animasiya filmi) – musiqi redaktoru
  42. Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  43. Bizim olimpiyaçılar (2001, sənədli serial) – musiqi tərtibatçısı
  44. Gəl qohum olaq (2001, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  45. Mən sənin dayınam (2001, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  46. Cavad Heyət varlığı (2002, tammetrajlı sənədli televiziya filmi) – musiqi redaktoru
  47. Cavanşir (2002, animasiya filmi) – musiqi tərtibatçısı
  48. Gəlinlər (2002, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  49. Torpaq (II) (2002, animasiya filmi) – musiqi tərtibatçısı
  50. Azərbaycan xanlıqları (2002-2003, sənədli serial) – musiqi tərtibatçısı
  51. Heydər Əliyev və Azərbaycan rabitəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  52. Zamanın obrazı. Nizami rayonu (2003, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  53. Yanmış körpülər (2003-2007, bədii serial) – musiqi tərtibatçısı
  54. İflas (2004, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  55. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  56. Qızıl (2004, animasiya filmi) – mahnı mətni müəllifi
  57. Müstəqillik yollarında (2004-2005, sənədli serial) – musiqi tərtibatçısı
  58. Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – mahnı mətni müəllifi
  59. Hərənin öz payı + tayı (2006, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  60. Xanım heyy… (2006, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  61. Yoxlama (2006, bədii serial) – musiqi redaktoru
  62. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  63. İstanbul tətili (2007, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  64. Dədələr yolu (2009, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  65. Tahirənin intiqamı (2010, bədii serial) – bəstəkar
  66. Heykəllərdə yaşayan ömür (2012, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  67. Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  68. Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – musiqi tərtibatçısı
  69. Dərs (2015, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  70. Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  71. Əlifba (2016, animasiya filmi) – musiqi və səs tərtibatçısı
  72. Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  73. Çempion (III) (2018, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  74. Cırtdan və sehrli xalat. 2-ci hissə (2019, animasiya filmi) – musiqi tərtibatçısı
Ismayil Dadasov-2
Hüquqvarisi:
Kontakt:
Ünvan: