İsrafil Ağazadə
Təsvir rejissoru
(26.03.1955)
İsrafil Ağazadə (İsrafil Ağayev) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1980-1985, A.Qalperinin emalatxanası). “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti (1977-1985), təsvir rejissoru (1985-1996), Azərbaycan televiziyasında təsvir rejissoru (1994-1996) kimi fəaliyyət göstərib. 1996-cı ildə “Bachuan Cinema Company”nin prezidenti olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
- http://kinobiz.az/celebrity/israfil-agazad%C9%99/
- https://az.trend.az/azerbaijan/society/2680469.html
- https://ann.az/ru/operator-postanovschik-israfil-agazade-i-film-cavid-mru-foto/
FILMOQRAFIYA:
- Burulğan (1986, tammetrajlı bədii film) – kinooperator
- Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – kinooperator
- Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – kinooperator
- Hücum (1989, qısametrajlı bədii film) – təsvir rejissoru
- Lətifə (1989, tammetrajlı bədii film) – kinooperator
- Yanar qəlbin ritmləri (1989, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Haray (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Xudafərin – dərdi dərin (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Simenslər Azərbaycanda (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Qayalarda qalan səs (1995, tammetrajlı film-tamaşa) – təsvir rejissoru
- Məhbus (1995, qısametrajlı bədii film) – təsvir rejissoru
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – təsvir rejissoru
- Mən inanıram (1999, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Skripkaçı (1999, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Dağın nəvəsi (2002, qısametrajlı bədii film) – təsvir rejissoru
- Lal çinar (2005, qısametrajlı bədii film) – təsvir rejissoru
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor (fotoqraf)
- Əlvida (2007, tammetrajlı bədii film) – təsvir rejissoru
- Azərbaycan Odlar Yurdu (2009, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru, prodüser

Kontakt:050-374-99-85
Ünvan:AZ 1012 Tbilisi pr. 75, mənzil 19.