Könül Hüseynova

Təsvir rejissoru
(15.04.1977)

Könül Böyükağa qızı Hüseynova Bakıda anadan olub. 1983-1993-cü illərdə 190 saylı orta məktəbdə təhsil alıb.  2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakültəsinə qəbul ounub. İçərişəhərə həsr edilmiş “Bumeranq” adlı qısametrajlı filmi IV Beynəlxalq Audiovizual Festivalda “Uğurlu debütə görə” nominasiyasında Mədəniyyət və İncəsənət Universitetinin prizi və diplomuna layiq görülüb. 2004-cü ildə Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”a layiq görülüb. 2005-ci ildə “START” Beynəlxalq Tələbə Festivalında “Sevgi” filmi ilə iştirak edib. Elə həmin ildə Böyük Vətən Müharibəsinin 60 illiyinə həsr olunmuş “Sizi heç vaxt unutmarıq” filmini çəkib. Fotoları bir çox sərgilərdə iştirak edib. ”Лики Баку”adlı foto-müsabəqədə ən yaxşı foto-işə görə diploma layiq görülüb. Azərbaycan Dövlət Televiziyasında “FOTOKLUB” (2007-2008) adlı verilişin aparıcı və müəllifi olub. Daha sonra D.T.M.Q.İ-nin elmi-mədəni mərkəzində bədii rəhbər vəzifəsinə təyin olunub.
Azərbaycan Fotoqraflar Birliyinin, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

WhatsApp Image 2023-03-29 at 10.21.17
Kontakt:+994 12 431-77-31
Ünvan:Bakı ş. Moskva pr. 1.