Muxtar Dadaşov

Rejissor, ssenarist, təsvir rejissoru
(11.09.1913 – 07.05.1998)

Muxtar Baba oğlu Dadaşov Bakıda anadan olub. 6 yaşında ikən Milli Dram Teatrında “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Milli Dram Teatrında (1924-1929), Gənc Tamaşaçılar Teatrında (1929-1931) aktyor və rejissor assistenti kimi çalışıb. 1931-ci ildən Bakı kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayıb. 1933-cü ildə ali təsvir rejissoru təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib. İkinci Dünya Müharibəsi illərində təsvir rejissoru kimi cəbhəyə yollanıb. “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb (1977-1983). Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq Festivalda qızıl medala, “Nəriman Nərimanov” filmi isə Tiflisdə xüsusi mükafata layiq görülüb. Kann Beynəlxalq Kino Festivalında mükafat qazanan ilk Azərbaycan rejissorudur. Onun “Sovet Azərbaycanı” filmi Kann Festivalında (1951) “ən yaxşı sənədli film” nominasiyasında xüsusi mükafata layiq görülüb. Muxtar Dadaşov Tacikistan istehsalı olan “Canlı ilah” (1934, rejissorlar Dmitri Vasilyev, Mixail Verner) filmində Əbdürəhim rolunda çəkilib. Dövlət mükafatı laureatı (1980), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Muxtar Dadaşov 1998-ci ildə vəfat edib.

  1. https://www.medeniyyet.az/page/news/4403/Muxtar-Dadasov.html
  2. https://kulis.az/xeber/media/onun-cekdiyi-kadrlari-fasistlerin-mehkemesinde-subut-kimi-gosterdiler-26371
  3. http://www.anl.az/down/meqale/xalqqazeti/2017/sentyabr/557924.htm
  4. https://manera.az/index.php?newsid=7131
  5. https://vaxt.az/?name=xeber&xeber_id=16313
  6. https://www.fact-info.az/news?id=776

FILMOQRAFIYA:

  1. İyirmi altı komissar (1932, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti
  2. Köçərilər (1933, tammetrajlı sənədli film) – təsvir rejissoru assistenti
  3. Lökbatan (1933, qısametrajlı sənədli film) – təsvir rejissoru
  4. Neft simfoniyası (1933, qısametrajlı sənədli film) – təsvir rejissoru
  5. Rəqs edən bağalar (1935, qısametrajlı bədii film) – təsvir rejissoru
  6. Ordenli Azərbaycan (1938, tammetrajlı sənədli film) – təsvir rejissoru
  7. Bakıda beynəlxalq gənclər gününün 25 illiyi (1939, qısametrajlı sənədli film) – təsvir rejissoru
  8. Kəndlilər (1939, tammetrajlı bədii film) – ikinci təsvir rejissoru
  9. Stalin adına Samur-Dəvəçi kanalı (1939, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Bakı hazırdır! (1940, qısametrajlı sənədli film) – təsvir rejissoru
  11. İyirminci bahar (1940, qısametrajlı sənədli film) – təsvir rejissoru
  12. Samur-Dəvəçi kanalı (1940, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  13. Yeni horizont (1940, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Vətən oğlu (1941, qısametrajlı bədii film) – təsvir rejissoru
  15. Almanların Şimali Qafqazda vəhşilikləri (1943, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  16. Sualtı qayıq T-9 (1943, tammetrajlı bədii film) – ikinci təsvir rejissoru
  17. Bakı döyüşür (1944, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  18. Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (1944, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  19. Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – təsvir rejissoru
  20. Zəfər bayramı (1945, qısametrajlı sənədli film) – təsvir rejissoru
  21. Qırmızı Ordu hissələrinin İrandan yola salınması (1946, qısametrajlı sənədli film) – təsvir rejissoru
  22. Topçubaşovun aparatı (1946, qısametrajlı sənədli film) – təsvir rejissoru
  23. Arazın o tayında (1947, tammetrajlı sənədli film) – təsvir rejissoru
  24. Axşam konserti (1948, qısametrajlı sənədli televiziya filmi) – rejissor, təsvir rejissoru
  25. Azərbaycan qurur (1948, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  26. Sovet Azərbaycanı (1948, qısametrajlı sənədli film) – təsvir rejissoru
  27. 25 il Leninsiz (1949, qısametrajlı sənədli film) – təsvir rejissoru
  28. Mingəçevir (1949, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  29. Mingəçevir (II) (1950, qısametrajlı sənədli film) – ssenari müəllifi
  30. Səhər nəğməsi (1950, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  31. Sovet Azərbaycanı (II) (1950, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  32. Budyonnı Bakıda (1952, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  33. Arazın sahillərində (1953, tammetrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  34. Həyata keçmiş arzular (1954, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  35. Səadət yolu ilə (1956, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  36. Ağ qızıl ustaları (1958, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  37. Bizim Azərbaycan (1959, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  38. Doğma torpaq, Azərbaycan (1960, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  39. Sabir (1962, qısametrajlı sənədli film) – rejissor
  40. Kür (1963, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  41. Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – ssenari müəllifi
  42. Əbədi qardaşıq (1965, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  43. Nəriman Nərimanov (1966, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  44. Qanun naminə (1968, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  45. Sovet Azərbaycanının 50 illiyi (1970, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  46. Respublikam haqqında həqiqət (1972, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  47. Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  48. Azərbaycan kinosunun 60 illiyi (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  49. İ.Brejnev Bakıda (1979, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  50. Respublikaya üçüncü Lenin ordeni (1983, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  51. Bakı-42 (1985, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Hüquqvarisi:oğlu Tofiq Dadaşov
Əlaqə:050 331 50 95
Ünvan:-