Nicat Feyzullayev

rejissor, ssenarist

(01.11.1945 – 04.05.2015)

Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır.

1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olmuşdur.

4 may 2015-ci ildə vəfat etmişdir

  1. https://az.trend.az/azerbaijan/culture/2451733.html
  2. http://www.anl.az/down/meqale/medeniyyet/2015/noyabr/462957.htm
  3. https://qaziler.az/news/culture/5380-azerbaycanin-taninmis-kinorejissoru-nicat-feyzullayev-vefat-edib

FILMOQRAFIYA:

  1. Axırıncı aşırım (film, 1971, tammetrajlı bədii film) -rejissor assistenti
  2. Qızıl qaz (1972, tammetrajlı bədii film) – rejissor assistenti
  3. Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – rejissor assistenti
  4. Azərbaycanın memarlıq abidələri (1976, qısametrajlı sənədli film) – rejissor
  5. Arvadım mənim, uşaqlarım mənim – Toy (1978, tammetrajlı bədii film, kino-almanax) – rejissor
  6. Anaya məktub (1980, qısametrajlı sənədli film) – rejissor
  7. Sabaha qayğı (1980, qısametrajlı sənədli film) – rejissor
  8. Belə bir şəhər var (1982, qısametrajlı sənədli film) – rejissor
  9. Yeni evlənənlər (1983, qısametrajlı bədii film) – rejissor
  10. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rejissor-təcrübəçi
  11. Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  12. Məhəmməd Füzuli (II) (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  13. Qara qızılın qara üzü (1990, qısametrajlı sənədli film) – rejissor
  14. Abşeronda subtropik bitkilər (1991, qısametrajlı sənədli film) – rejissor
  15. Baba zeytun diyarında (1992, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  16. Şirvanda izim qaldı (1993, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  17. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  18. Azərbaycan mətbəxinin rəngləri (2009, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  19. Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  20. Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Nicat Feyzullayev-3
Hüquqvarisi:həyat yoldaşı İradə xanım
Əlaqə:055 713 67 67
Ünvan:-