Ömür Nağıyev

rejissor, aktyor

(01.06.1953 – 31.12.2013)

Ömür Malik oğlu Nağıyev Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1975-1979). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, Sankt-Peterburq Dövlət Teatrında (1980), Bakı Bələdiyyə Teatrında (1995-1997) aktyor, Azərbaycan televiziyasında rejissor kimi çalışıb. 2005-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici kinematoqrafçıların istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” (1971, Polşa) filmində Kapitan W rolunda, “Qanq üzərində zühur” (1975, rejissor Latif Fayziyev, Tacikistan, Özbəkistan, Hindistan) filmində Nikxələs rolunda, “Çavus Qadban” (1976, Oman Ərəb Respublikası) filmində çavus Qadban rolunda çəkilib. Əməkdar artist Ömür Nağıyev 2013-cü ildə vəfat edib.

Rejissor, aktyor Ömür Nağıyev aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.

  1. https://aki.az/omur-nagiyevin-%C9%99ziz-xatir%C9%99sin%C9%99/
  2. https://kulis.az/xeber/edebi-tenqid/xeber____-7646
  3. http://www.anl.az/down/meqale/medeniyyet/2013/may/311413.htm
  4. https://xeber.azeri.net/medeniyyet/emekdar-artist-omur-nagiyev-vefat-edib

FILMOQRAFIYA:

  1. Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (tələbə)
  2. Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (kənd sakini)
  3. Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – aktyor (Fərəc)
  4. Var olun, qızlar (1972, tammetrajlı bədii film) – aktyor (Rüstəm)
  5. Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Rasim)
  6. Evin kişisi (1978, tammetrajlı bədii film) – aktyor (Pənah)
  7. Anın quruluşu (1980, tammetrajlı bədii film) – aktyor (Tofiq)
  8. Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Bahadurun adamı)
  9. Bağlı qapı (1981, tammetrajlı bədii film) – aktyor (Muradla vuruşan)
  10. Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor
  11. Gümüşü furqon (1982, tammetrajlı bədii film) – aktyor (Fərman)
  12. Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – aktyor (Riyadın tanışı)
  13. İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor
  14. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Ömür)
  15. Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (Rauf)
  16. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Kalış)
  17. Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (Eldar)
  18. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (bolşevik)
  19. İmtahan (1987, tammetrajlı bədii film) – aktyor (ofisiant)
  20. Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (brokonyer)
  21. Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (Bağbanoğlu)
  22. Bəxtəvər (1990, qısametrajlı bədii film) – rejissor
  23. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (qəsəbə sakini)
  24. Onun taleyi (1991, qısametrajlı sənədli film) – rejissor
  25. Azərbaycanın dəniz qapısı (1992, qısametrajlı sənədli film) – rejissor
  26. Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – aktyor (Səbinənin qardaşı)
  27. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – aktyor (kisəçi)
  28. Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (“Linkoln” Ramiz), filmi səsləndirən (Şükür Rzayev-Elxan Ağahüseynoğlu)
  29. Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – aktyor (Amin)
  30. Ərazi (2005, qısametrajlı bədii film) – aktyor
  31. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (Xocalı qaçqını Nağıyev)
  32. Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Topal)
  33. Abşeron gizlinləri (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  34. Kinli, xəsis, səfeh (2008, qısametrajlı bədii film) – aktyor
  35. Cəsur təyyarə (2009, animasiya filmi) – filmi səsləndirən
  36. Dünən qəfildən gəldi… (2009, qısametrajlı bədii film) – ikinci rejissor
  37. İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor (Çingiz)
  38. Kuklalar (II) (2010, tammetrajlı bədii film) – aktyor (Tomun atası)
  39. Vəkil hanı? (2011, tammetrajlı bədii film) – aktyor (müstəntiq)
  40. Sirr (2012-2013, bədii serial) – aktyor (Sabir)
  41. Əfsanəvi musiqi (qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-