Rafiq Quliyev

rejissor, təsvir rejissoru

(27.02.1957)

Rafiq Səfər oğlu Quliyev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisasında (1976-1981), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatoluq fakültəsində (1982-1987, V.Monaxov və V.Naxabtsevin emalatxanası) təhsil alıb.

Rusiyada təsvir rejissoru kimi bir neçə filmin çəkilişində iştirak edib: “Satqın” (1983), “İlk rol” (1984), “Bomba” (1985), “Nərgiz gülləri” (1986), “Gənc Mixailin görüntüsü” (1987, rejissor Mixail Kosırev), “Rusiya” (1987, rejissor Murad İbrahimbəyov, “Руся”), “Cığır” (1995, rejissor Mixail Kosırev-Nesterov).

1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti, kinooperator, təsvir rejissoru, rejissor vəzifələrində çalışıb. Kinostudiyada yaradıcı fəaliyyətini davam etdirmək şərtilə Türkiyənin Samanyolu TV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb (1999-2001). “Lider” televiziyasında “Azərbaycan” redaksiyasını yaradıb. Rəhbərlik etdiyi qurumda 237 televiziya filminin istehsalını təşkil edib, onlarla filmə rejissor və təsvir rejissoru kimi quruluş verib (2001-2004).

Beynəlxalq festivalların müsabiqə proqramlarında iştirak edib və önəmli mükafatlar alıb. Münsiflər heyətinin üzvü və sədri olub. 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, təsvir rejissoru və ssenari müəllifi kimi çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. “Azərbaycan səssiz kinosunun təsvir irsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2008), dosent (2005), professordur (2016). 2015-ci ildən “Kino-televiziya sənətləri” kafedrasının müdiridir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. Əməkdar incəsənət xadimidir (2005). “Şöhrət” ordeni ilə təltif olunub (2018).

Rafiq Quliyev Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Avropa Film Akademiyasının üzvüdür.

  1. https://admiu.edu.az/az.php?go=mkinosenet
  2. https://hafta.az/rafiq-quliyev-50%0D%0A%0D%0A-73793-xeber.html
  3. https://time.net.az/2022/03/11/kinorejissor-rafiq-quliyev-gor%C9%99n-goz-deyil-dostlar-gor%C9%99n-beyindir/
  4. https://aki.az/kinomuzda-t%C9%99svir-h%C9%99lli-probleml%C9%99ri/
  5. https://news.day.az/showbiz/415201.html
  6. https://teleqraf.com/news/art/326326.html
  7. https://aqreqator.az/az/medeniyyet/1976692

FILMOQRAFIYA:

  1. Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – kinooperator
  2. Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – kinooperator
  3. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – təsvir rejissoru
  4. Səttar Bəhlulzadə (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
  5. Yaramaz (1988, tammetrajlı bədii film) – kinooperator
  6. Yeni tərzdə işləyirik (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
  7. Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
  8. Qətl günü (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
  9. Şahid qız (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
  10. Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
  11. Laçın dəhlizi (1993, tammetrajlı bədii film) – təsvir rejissoru
  12. Köpək (1994, tammetrajlı bədii film) – təsvir rejissoru
  13. Fransız (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Ümid (II) (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
  15. Azərbaycan kapriççiosu (1996, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  16. Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – təsvir rejissoru, prodüser
  17. Aləmdə qalan səs (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  18. Başlanğıc (II) (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  19. Duyğu fraqmentləri (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  20. “Edelveys” və dəmir biləklər (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  21. Elçi daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  22. İşıq ömrü (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  23. Könlün fəsilləri (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, təsvir rejissoru, layihənin rəhbəri
  24. Paris kədəri (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  25. Səhnəyə aparan yol (2001, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  26. Tökülən yarpaqların qoxusu (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  27. … və alqışlar, alqışlar (2001, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  28. 130-cu mövsüm (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  29. Adi iş günü (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  30. Axırıncı aşırıma qədər (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
  31. Ali məqam (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  32. Altıncı hiss (II) (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  33. And (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
  34. Azərbaycan faunası: Qafqaz gürzəsi (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  35. Baş tutmayan səfər (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  36. Bayati-Şiraz (2002, tammetrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  37. Bəyaz tarlanın balladası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  38. Bizi oyatmayın… (2002, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  39. Bütün qadağaların fövqündə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  40. Cəsarətin heyrət məqamı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  41. Çarpaz bucaqlar altında (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  42. Çətin sınaqlar (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  43. Düma ömrünün qırx günü (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  44. Gündoğar ölkəyə sevgilərlə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  45. Güzgü (III) (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  46. Həzrə (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  47. İlham Əliyev. “Olimp”in fəthinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  48. İlham Əliyev. Yeni neftin strategiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  49. İsmipünhan (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  50. Jurnalist (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  51. Könül nəğməsində variasiyalar (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  52. Qara rəngin harmoniyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  53. Qəlbin ay işığı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  54. Qəlbin ritmləri (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  55. Qırmızı rəngin ekspressiyası (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  56. Mən sizdən arxayınam (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  57. Nikanın nağılları (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  58. Özgə vaxtın doğma anları (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  59. Pərdəsiz səhnə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  60. Save and increase (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  61. Səbrli adamın fəryadı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  62. Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  63. Sən saydığını say… (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  64. Sənətin sehrinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  65. Səsin vəhdəti (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  66. Sonuncu orden (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  67. Tanrı adamı (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
  68. Uğur hələ irəlidədir (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  69. Uzaq sahillərin əfsanəsi (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, layihənin rəhbəri
  70. Vaxtın o üzündə (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  71. Yaddaş etüdləri (2002, sənədli serial) – layihənin rəhbəri
  72. Yarımçıq qalmış dosye (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  73. Yaşıl rəngin qamması (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  74. Yeddi duyum (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  75. Yenə o bağ olaydı (2002, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  76. Zamanın sığalı (2002, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbəri
  77. Ali sevgi (2002-2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  78. 63-ün tutqun payızı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  79. Ağ rəngin simfoniyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  80. Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  81. Bahar ömürlü insan (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  82. Dan qızartısından qürub şəfəqlərinədək (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  83. Dəmir atlı cəngavər (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  84. Dənizin prelüdiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  85. Divarın o üzündə (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  86. Dövlətçiliyin təməl günü (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  87. Dünənə aparan qatar (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  88. Dünənə ehtiramla, sabaha ümidlə (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  89. Gecə zəngi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  90. Göy rəngin melodiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  91. Günorta qatarı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  92. Hərb tariximizdən. Atropat (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  93. Həsrətli gözlərin rəsmi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  94. Hikmət xəzinəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  95. “İldırım”lı yolun yolçuları (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  96. İlham Əliyev. Diplomatiyada uğur rəmzi (2003, tammetrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  97. İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  98. İşığımız sönməyəcək (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  99. Kamanın Ədalət ucalığı (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  100. Kamanın naxış sehri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  101. Kürə qovuşan ömür (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  102. Qalanın əfsanəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  103. Qədim şəhərin hekayəti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  104. Qərib bir səs (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  105. Qürbət eskizləri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  106. Mistik düşüncələrin rəsmi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  107. Naxçıvan lövhələri (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  108. Naxışlı hekayət (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  109. Ömürdən uzun yol (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  110. Ötən əsrdən gələn adam (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  111. Ötən ömrün notları (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  112. Ruhun abidəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  113. Sevgi oratoriyası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin müəllifi
  114. Sükutun səsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  115. Şimşəklər kimi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  116. Şöhrət və ya unudulan adam (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  117. Tale yolu (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  118. Tarixin dözümü və qisası (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  119. Torpağa bağlananlar (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  120. Yaddaş hücrəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  121. Yaddaşın əbədi yükü (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  122. Yaradılış hikməti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  123. Yarımçıq triptix (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  124. Yay gününün sazağı (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  125. Yurd həsrəti (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  126. Zəhmətlə yoğrulanlar (2003, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  127. Zoopark (2003, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  128. İnanc yerlərimiz (2003-2004, sənədli serial) – layihənin rəhbəri
  129. 70-dən 1-ə… (2004, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  130. Azərbaycana xoş gəlmisiniz! (2004, qısametrajlı sənədli televiziya filmi) – layihənin rəhbəri
  131. Dövlətin vizit vərəqi (2004, tammetrajlı sənədli televiziya filmi) – prodüser
  132. İstiqlal fədaisi (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser, layihənin rəhbəri
  133. Novruz töhfələri (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  134. Yeldən yarananlar (2004, qısametrajlı sənədli televiziya filmi) – prodüser
  135. Girov (2005, tammetrajlı bədii film) – təsvir rejissoru
  136. Qarabağ xanəndələri (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  137. Qədim Azərbaycan abidələri (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  138. Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – təsvir rejissoru
  139. Dua (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
  140. Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – təsvir rejissoru
  141. Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
  142. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – təsvir rejissoru
  143. Əvvəlin sonu (2010, qısametrajlı sənədli film) – ssenari müəllifi
  144. Çövkən (2011, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  145. Qədim yurdun daş kitabəsi (2011, qısametrajlı sənədli film) – rejissor, musiqi redaktoru
  146. Vəkil hanı? (2011, tammetrajlı bədii film) – təsvir rejissoru
  147. Çölçü (2012, tammetrajlı bədii film) – təsvir rejissoru, montaj rejissoru
  148. Nizami (IV) (2012, qısametrajlı sənədli film) – rejissor, montaj rejissoru, musiqi tərtibatçısı
  149. Maqomayev haqqında üç novella (2012-2013, sənədli serial) – təsvir rejissoru
  150. Fədakar (2015, tammetrajlı bədii film) – təsvir rejissoru
  151. Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
Əlaqə:050 337 61 03
Ünvan:AZ 1012, Moskva pr. 73a, mənzil 19.