Ramiz Əzizbəyli

rejissor, aktyor

(20.07.1948 – 09.06.2021)

Ramiz Hacıağa oğlu Əzizbəyli Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb (1977). 1957-ci ildə orta məktəbin ikinci sinfində oxuyanda Azərbaycan Televiziyasının Uşaq Verilişləri Redaksiyasının təbliğat xarakterli bədii verilişlərdə çıxış etməyə başlayıb. 11 yaşı olanda dublyaj studiyasına, uşaq rollarını səsləndirməyə dəvət edilib. Ona qədər belə obrazları aktrisalar səsləndirirdilər. Televiziyada olduğu kimi, burada da o, ilk uşaq idi. 1999-cu ildə təsis olunan “ADƏM” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının vitse-prezidenti seçilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, əməkdar artist (2000), xalq artisti (2008) Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat edib.

  1. https://www.youtube.com/watch?v=BVtZDhGG-_g
  2. https://www.youtube.com/watch?v=GKdCR9YB5-E
  3. https://aki.az/ramiz-%C9%99zizb%C9%99ylinin-xatir%C9%99sin%C9%99/
  4. https://kulis.az/xeber/media/9-yasindan-islemeye-basladi-ermeniler-onu-oldurmek-istedi-qizina-gore-en-yaxin-dostundan-omurluk-kusulu-qaldi-colorredramiz-ezizbeylinin-heyat-hekayeticolor-37926
  5. http://www.anl.az/down/meqale/adalet/2010/iyun/122806.htm
  6. https://xalqqazeti.com/az/news/78012

FILMOQRAFIYA:

  1. Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor (ayaqyalın uşaq)
  2. Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – aktyor (Şəpi)
  3. Sehrli xalat (1964, tammetrajlı bədii film) – aktyor
  4. Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (məhəllə sakini)
  5. Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – aktyor
  6. Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – filmi səsləndirən (Baladadaş-Şamil Süleymanov)
  7. Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – aktyor (satıcı), filmi səsləndirən (Həsən-Rauf Gözəlov)
  8. Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – aktyor (nökər)
  9. Əcəmi Naxçıvani (1976, qısametrajlı sənədli film) – musiqi ifaçısı
  10. Ad günü (1977, tammetrajlı bədii film) – filmi səsləndirən (Eldar-Yaşar Nuri)
  11. Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – aktyor (Əxras), filmi səsləndirən (Sahib-Bəxtiyar Xanızadə)
  12. Şir evdən getdi (1977, tammetrajlı bədii film) – aktyor (sürücü)
  13. Arvadım mənim, uşaqlarım mənim – Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (Səfər)
  14. Bayquş gələndə… (1978, tammetrajlı bədii film) – filmi səsləndirən (Vasif-Fikrət Məmmədov)
  15. Daha bir fənd (1978, qısametrajlı bədii süjet – Mozalan 44-3) – filmi səsləndirən (işçi-Adil İsmayılov)
  16. Qaynana (1978, tammetrajlı bədii film) – aktyor (dişi ağrıyan)
  17. Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – filmi səsləndirən (höcət-Kamil Məhərrəmov)
  18. Gözlə məni (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (nökər-Kamil Məhərrəmov)
  19. Qızıl uçurum (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (Əziz-Şamil Süleymanov)
  20. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (Paşa-Kamil Məhərrəmov)
  21. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (Mərdan-Cahangir Novruzov)
  22. Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (jurnalist)
  23. Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – aktyor (milis nəfəri)
  24. Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – aktyor (iclas iştirakçısı)
  25. Park (1983, tammetrajlı bədii film) – filmi səsləndirən (Alik-Məbud Məhərrəmov)
  26. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – aktyor (Tofiq)
  27. Köhnə bərə (1984, tammetrajlı bədii film) – aktyor (Kərim)
  28. Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (Əmirqulu)
  29. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (İsabala)
  30. Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – aktyor (Tofiq), filmi səsləndirən (cin-Rəşid Mahmudzadə), musiqi ifaçısı
  31. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Koxa)
  32. Aşkarsızlıq şəraitində… (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (gözətçi-Məbud Məhərrəmov, Krupsov-Xerardo Kontrares)
  33. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – aktyor (Yusif)
  34. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (Mustafa)
  35. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (Kərbəlayi Oruc)
  36. Talada ev (1986, animasiya filmi) – filmi səsləndirən (siçan)
  37. Lovğa fil balası (1987, animasiya filmi) – filmi səsləndirən
  38. Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – rejissor, aktyor (kəndli), filmi səsləndirən (kadrarxası mətn)
  39. Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (SES direktoru), filmi səsləndirən (Teymuru güdən-Hüseyn Muradov)
  40. Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktyor (Leon Montaşev), filmi səsləndirən (Əbilov-Şahin Cəbrayılov)
  41. Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – rejissor-təcrübəçi
  42. Güzgü (1990, qısametrajlı bədii film) – aktyor (Nəsir)
  43. Şahid qız (1990, tammetrajlı bədii film) – aktyor (ifadə verən)
  44. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (sərxoş), filmi səsləndirən (milis nəfəri-Arif Quliyev)
  45. Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (Məmmədəli)
  46. 777 №-li iş (1992, tammetrajlı bədii film) – aktyor
  47. Təhminə (1993, tammetrajlı bədii film) – filmi səsləndirən (Məmmədnəsir-Dadaş Kazımov)
  48. Qara Volqa (1994, tammetrajlı bədii film) – filmi səsləndirən (Əbdülxalıq-Süleyman Samuxlu)
  49. Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (müğənni), filmi səsləndirən (portye-R.Hacıyev)
  50. Yuxu (2001, tammetrajlı bədii film) – filmi səsləndirən (Əliabbas-İlham Qasımov)
  51. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – filmi səsləndirən (“eynəkli-oçkarik”-İbrahim Əliyev)
  52. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – filmi səsləndirən (Aruz)
  53. Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (baş həkim)
  54. Yalan (2006, tammetrajlı bədii film) – rejissor, aktyor (Yaqub)
  55. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – filmi səsləndirən (çəkməçi-Firuz Xudaverdiyev)
  56. Cavid ömrü (2007, tammetrajlı bədii film) – musiqi ifaçısı (vokal), aktyor (Cavidin atası)
  57. Qovğalı kəndinin gecələri (2007, tammetrajlı bədii film) – rejissor, filmi səsləndirən
  58. Halal pullar (2008, tammetrajlı bədii film) – aktyor (Rasim)
  59. Əlavə təsir (2010, tammetrajlı bədii film) – aktyor (psixoloq Ramiz Qurbanov)
  60. Buta (II) (2011, tammetrajlı bədii film) – filmi səsləndirən (qoca-Rafiq Əzimov)
  61. Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Ağa Mərdan)
  62. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (Hacı Qara)
  63. Qisas almadan ölmə. Keçmişdən məktublar (2013, tammetrajlı bədii film) – aktyor
Hüquqvarisi:Zümrüd Əzizbəyli (həyat yoldaşı)
Əlaqə:-
Ünvan:Bakı şəhəri, Yeni Yasama-1, ev 9, mənzil 44