Ramiz Həsənoğlu

rejissor, ssenarist, prodüser

(13.04.1946)

Ramiz Həsənoğlu (Ramiz Mirzəyev Həsənağa oğlu) İrəvanda anadan olub. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi Azərbaycana üz tutur. İki yaşlı Ramiz valideynləri ilə birlikdə Gəncə şəhərinə yerləşir, 1956-cı ildə Bakıya gəlirlər. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsində (1965-1971), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun telerejissura ixtisasında (1973-1978) təhsil alıb. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. 1993-cü ildən Azərbaycan televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edib. 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. Eyni zamanda Musiqili Komediya Teatrında, Yuğ  və Milli Akademik Dram Teatrında tamaşalara da quruluş verib. 2019-2021-ci illərdə “Azərbaycantelefilm”in rəhbəri olub. 2021-ci ildən bu günə kimi Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Studiyasının direktorudur. Əməkdar incəsənət xadimi (1989), Xalq artistidir (2006).

Rejissor Ramiz Həsənoğlu aktrisa Ətayə Əliyevanın və rejissor, aktyor Həsənağa Mirzəyevin oğludur.

Rejissor Ramiz Həsənoğlu rejissor Rauf Süleymanın qardaşıdır.

  1. https://www.youtube.com/watch?v=GurJhlPjda0
  2. https://medeniyyettv.az/az/news/1850/azerbaycan-televiziyasi-rejissor-ramiz-hesenoglu-haqqinda-film-cekir
  3. https://ikisahil.az/post/44697-news-44697
  4. https://modern.az/az/news/49834
  5. https://modern.az/az/news/86848/ramiz-hesenoglu-telebe-jurnalistlerin-qonagi-oldu-fotolar
  6. https://az.trend.az/azerbaijan/society/1017432.html
  7. https://www.adalet.az/w167457/aztv-yaxshi-enenelerini-berpa-edir-ramiz-hesenoglu-167457
  8. https://kulis.az/xeber/media/ramiz-hesenoglu-ozumu-bextigetiren-adam-hesab-edirem-o-verilisi-45899
  9. https://sputnik.az/20220413/ramiz-hesenoglu-gunes-cixmalidir-ki-cicekler-acilsin—-vdeo-441041813.html

FILMOQRAFIYA:

  1. Mən, sən, o, telefon (1975, tammetrajlı film-tamaşa) – rejissor
  2. Bizim qadınlar (1976, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  3. Dindirir əsr bizi (1976, tammetrajlı film-tamaşa) – rejissor
  4. Səməd Vurğun (III) (1976, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  5. Ötən ilin son gecəsi (1978, tammetrajlı film-tamaşa) – rejissor
  6. Üç eskiz (1978, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  7. Sumqayıt (III) (1979, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  8. Yollar görüşəndə… (1979, qısametrajlı film-tamaşa) – rejissor
  9. Qatarda (1981, qısametrajlı film-tamaşa) – rejissor
  10. Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – rejissor
  11. Kökdən düşmüş piano (1982, tammetrajlı film-tamaşa) – bədii rəhbər
  12. Ömrün yolları (1982, tammetrajlı film-tamaşa) – rejissor
  13. Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – rejissor
  14. Günahsız Abdulla (1984, tammetrajlı film-tamaşa) – rejissor
  15. Qapalı orbit (1984, tammetrajlı film-tamaşa) – rejissor
  16. Ordan-burdan (1987, tammetrajlı film-tamaşa) – rejissor
  17. Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – rejissor, aktyor
  18. Anarla üz-üzə (1989, sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  19. Qonşu qonşu olsa… (1989, tammetrajlı film-tamaşa) – rejissor
  20. Kamança (1992, qısametrajlı film-tamaşa) – rejissor, ssenari müəllifi
  21. Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – rejissor, ssenari müəllifi, aktyor (ağıldankəm uşaq)
  22. Ağrı (II) (1993, tammetrajlı film-tamaşa) – rejissor
  23. Altı nömrəli palata (1994, tammetrajlı film-tamaşa) – prodüser
  24. Anamın kitabı (1994, tammetrajlı film-tamaşa) – prodüser
  25. Ağ dünya (1995, tammetrajlı bədii film) – prodüser
  26. Bala-başa bəla! (1995, tammetrajlı film-tamaşa) – prodüser
  27. Qayalarda qalan səs (1995, tammetrajlı film-tamaşa) – prodüser
  28. Apardı sellər Saranı (1996, qısametrajlı film-tamaşa) – prodüser
  29. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – prodüser
  30. Cəza (1996, tammetrajlı film-tamaşa) – prodüser
  31. Leyli və Məcnun (III) (1996, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  32. Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – prodüser
  33. Yarımştat (1996, tammetrajlı film-tamaşa) – prodüser
  34. Fatehlərin divanı (1997, bədii serial) – rejissor, prodüser
  35. Yurd yeri 2 (1997, tammetrajlı film-tamaşa) – prodüser
  36. Ailə (1998, tammetrajlı bədii film) – rejissor
  37. Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – rejissor, prodüser
  38. Xoşbəxt adam (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  39. Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – rejissor, prodüser, aktyor (fotoqraf)
  40. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – rejissor, prodüser
  41. Nekroloq (2001, tammetrajlı film-tamaşa) – rejissor, prodüser
  42. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – rejissor, prodüser
  43. Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – rejissor, prodüser, aktyor
  44. Ömür ağacı (2002, qısametrajlı sənədli film) – rejissor
  45. Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – rejissor, prodüser
  46. Yumurta (2003, tammetrajlı film-tamaşa) – rejissor, prodüser, aktyor (II paparazzi)
  47. Bəylik dərsi və ya keçmişdən gülməcələr… (2007, tammetrajlı film-tamaşa) – rejissor, prodüser, aktyor
  48. Cavid ömrü (2007, tammetrajlı bədii film) – rejissor
  49. Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – rejissor, prodüser
  50. Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – rejissor, prodüser, aktyor
  51. Çinar ömrü (2011, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  52. Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – rejissor, ssenari müəllifi
  53. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – rejissor
  54. Kəlağayı (II) (2019, qısametrajlı sənədli televiziya filmi) – prodüser
Əlaqə:ramizhasanoglu@gmail.com012-441-01-77; 050-317-80-49
Ünvan:Bakı şəhəri, Bakıxanov küçəsi 35 b, mənzil 11.