Rasim İsmayılov

rejissor, təsvir rejissoru

(13.07.1936 – 03.05.2004)

Rasim Rza oğlu İsmayılov Bakıda anadan olub. Uşaqlıq çağlarında aviasiya ilə maraqlanıb, təyyarəçi olmağa hazırlaşıb. Təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçməyib. Rasimin ikinci əyləncəsi fotoqrafiya idi. 1958-ci ildə o, Bakı kinostudiyasında kinooperator assistenti işləməyə başlayıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1958-1963, Boris Volçekin kursu). Bir müddət Azərbaycan televiziyasında çalışıb. 1963-cü ildən “Azərbaycanfilm” kinostudiyasında  təsvir rejissoru, 1977-ci ildən isə rejissor kimi işləməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uşaqlar üçün nağıllar, hekayələr yazıb. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb. Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978) Rasim İsmayılov 2004-cü ildə vəfat edib.

  1. http://kinobiz.az/celebrity/rasim-ismayilov/
  2. https://medeniyyet.az/page/news/4285/Kinorejissor-Rasim-Ismayilov-anildi.html
  3. https://azertag.az/xeber/Gorkemli_kinooperator_Rasim_Ismayilovun_anadan_olmasindan_85_il_otur-1829417
  4. https://modern.az/az/news/70728/asif-vasif-agasif-filminin-kadrarxasi-usaq-plastilini-halva-bilib-yedi-ve-xestexanaya-dusdu
  5. https://www.museumcenter.az/az/calendar/503
  6. http://regionplus.az/az/articles/view/6453
  7. https://teleqraf.com/news/art/113909.html

FİLMOQRAFİYA:

  1. Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən… (1964, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
  2. Şəhərin ritmləri (1964, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
  3. Daha iki nəfər (1965, qısametrajlı bədii film) – ssenari müəllifi
  4. Danışan işıqlar (1965, animasiya filmi) – rejissor, ssenari müəllifi
  5. Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – təsvir rejissoru
  6. Mavi ekranın yolları (1966, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  7. Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – təsvir rejissoru
  8. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – təsvir rejissoru
  9. Qırmızılar, qaralar və başqaları (1969, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
  10. Sevil (II) (1970, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
  11. Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
  12. Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – təsvir rejissoru
  13. Gün keçdi (1971, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. İmadəddin Nəsimi (1973, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  15. Mahnı qanadlarında (II) (1973, tammetrajlı sənədli film) – ssenari müəllifi, təsvir rejissoru
  16. Məndə sığar iki cahan… (1973, qısametrajlı sənədli film) – təsvir rejissoru
  17. Nəsimi (II) (1973, tammetrajlı bədii film) – təsvir rejissoru
  18. Dədə Qorqud (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
  19. Dörd bazar günü (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
  20. Fransa qəhrəmanı (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
  21. Nabran (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
  22. Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) – təsvir rejissoru
  23. Sevinc buxtası (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. Şir evdən getdi (1977, tammetrajlı bədii film) – rejissor, təsvir rejissoru
  25. Möcüzələr adası (III) (1978, animasiya filmi) – ssenari müəllifi
  26. Şəhərlərin dostluğu (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
  27. Babək (1979, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin kinooperatoru
  28. Anın quruluşu (1980, tammetrajlı bədii film) – rejissor, təsvir rejissoru
  29. İşgüzar səfər (1982, tammetrajlı bədii film) – rejissor
  30. Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – rejissor
  31. Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – rejissor
  32. Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  33. Axırıncı reys (1989, qısametrajlı bədii film) – direktor
  34. Tələ (1991, tammetrajlı bədii film) – rejissor
  35. Səs (II) (1993, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  36. Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – rejissor
  37. Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – bədii rəhbər
  38. Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – ssenari müəllifi (ölümündən sonra)
Hüquqvarisi: həyat yoldaşı Nadejda İsmayılova
Əlaqə:050 308 15 13
Ünvan:-