Rüfət Şabanov

rejissor

(22.06.1922 – 04.08.1998)

Rüfət İsmayıl oğlu Şabanov Bakıda anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rus Dram Teatrında (1942) başlayıb, sonra Bakı kinostudiyasında (1944) çalışıb. Ali təhsil almaq məqsədilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olsa da, ailə vəziyyəti ilə bağlı təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda davam etdirib (1945-1952). Rus Dram Teatrında truppa müdiri, rejissor (1951-1957), “Azərbaycanfilm” kinostudiyasında rejissor (1957-1967), televiziya-kino çəkilişləri redaksiyasının baş rejissoru olub (1967-1981). Əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. Əməkdar incəsənət xadimi Rüfət Şabanov 1998-ci ildə vəfat edib.

Rejissor Rüfət Şabanov aktrisa Elmira Şabanovanın həyat yoldaşı olub.

Rejissor Rüfət Şabanov rejissor Fuad Şabanovun atasıdır.

Rejissor Rüfət Şabanov aktrisa Leyla Şabanovanın atasıdır.

  1. https://aki.az/ruf%C9%99t-sabanov-100/
  2. https://filmfond.az/2022/06/22/ruf%C9%99t-sabanov-100/
  3. http://www.anl.az/down/meqale/medeniyyet/2012/iyun/M173.htm
  4. https://teleqraf.com/news/art/331378.html

FILMOQRAFIYA:

  1. Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – rejissor köməkçisi
  2. Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – ikinci rejissor
  3. Əsl dost (1959, tammetrajlı bədii film) – ikinci rejissor
  4. Bizim küçə (1961, tammetrajlı bədii film) – ikinci rejissor
  5. Matteo Falkone (1961, qısametrajlı bədii film) – ikinci rejissor
  6. Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – ikinci rejissor
  7. Dağıstan konserti (1964, qısametrajlı sənədli film) – rejissor
  8. Qaraca qız – Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
  9. Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (1970, sənədli serial) – rejissor
  10. Şuşa (1973, qısametrajlı sənədli film) – rejissor
  11. Dostluq himni (1974, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  12. Azərbaycanda sovet ədəbiyyatı günləri (1975, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  13. Nizami Gəncəvi (II) (1980, qısametrajlı sənədli film) – rejissor
  14. Şüvəlan gülləri (1981, qısametrajlı sənədli film) – rejissor
  15. Gəmi saatının sirri (1983, tammetrajlı bədii film) – rejissor
  16. On yeddi yaşlı oğlan (1986, tammetrajlı bədii film) – rejissor
Hüquqvarisi: həyat yoldaşı Elmira Şabaova
Əlaqə: 050 515 16 26
Ünvan:-