Şamil Əliyev

rejissor

(26.06.1960)

Şamil Yavər oğlu Əliyev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984-1989). 1989-cu ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında K.Aslanovun “Yuxulama” pyesinə quruluş verib. 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.  2006–2007 –ci illərdə İsveçənin FOCAL IFA-SC (İSVEÇRƏ) proqrammları çərçivəsində Kler Dauns (Claire Downs, Birləşmiş Krallıq), Çedomi Kolar (Cedomir Colar, Fransa), Luçano Qlur (Luciano Gloor, İsveçrə), Sandy Liberson (ABŞ) rəhbərliyi ilə ustad dərslərində kinomatoqrafiya kurslarını bitirib.  V START Beynəlxalq film festivalında münsiflərin sədri, 2018-ci ildə Hindistada keçirilən 5-ci NOİDA Beynəxalq Film Festivalında münsiflərin üzvü omuşdur. 2012-ci ildə çəkdiyi “ÇÖLÇÜ” və digər filmləri ilə 250-dən artıq beynəlxalq A və B kateqoriyalı  kinofestivallarda iştirak etmiş, 150-dən yuxarı beynəlxalq mükafatlara, o cümlədən bir neçə dəfə baş mükafata  layiq görülmüşdür. “Çölçü” filminə görə “Humay” milli mükafatına (2013), Kəlküttə Beynəlxalq Cult Film Festivalının “Qızıl Tülkü” mükafatına və digər çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. 2018-ci il 1 avqustda “Tərəqqi” medalı ilə təltif olunub.

  1. https://medeniyyettv.az/az/news/2745/rejissor-samil-eliyevin-yaradanlar-filmi-bes-olkede-5-mukafata-layiq-gorulub
  2. https://kulis.az/xeber/senet/xeber_______________________________________________________________-21108
  3. https://1news.az/az/news/20221115040240166-SHamil-Eliyevin-Yaradanlar-filmi-Oskar-a-teqdim-olundu
  4. https://525.az/news/93592-samil-eliyev-beynelxalq-kinofestivalin-munsifler-heyetinde
  5. http://anl.az/down/meqale/express/2014/noyabr/404640.htm
  6. https://www.arki.az/az/news/585/samil-eliyevin-colcu-filmi-fransada-nufuzlu-mukafata-layiq-gorulub

FILMOQRAFIYA:

  1. Etiraf (1992, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  2. Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – rejissor
  3. Vətən sərhəddən başlayır (2004, qısametrajlı sənədli film) – rejissor
  4. Bakı Avropa Liseyi: İstedadlar planeti (2005, qısametrajlı sənədli film) – rejissor
  5. Azərbaycan xalçası (II) (2009, qısametrajlı sənədli film) – rejissor
  6. İz… Qala (2010, qısametrajlı sənədli film) – rejissor
  7. Muğam, spirituals və başqaları (2010, qısametrajlı sənədli film) – rejissor
  8. Azad kabuslar (2011, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  9. Çölçü (2012, tammetrajlı bədii film) – rejissor
  10. Memar (III) (2018, qısametrajlı sənədli film) – rejissor
  11. Yaradanlar (2020, sənədli film) – rejissor
Samil Eliyev-2
Əlaqə:-
Ünvan:-