Şamil Nəcəfzadə
rejissor, ssenarist, rəssam
(13.11.1960)
Şamil Kamil oğlu Nəcəfzadə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1978), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1984, Mixail Boqdanovun emalatxanası). 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışıb. 1990-cı ildən rejissor kimi fəaliyyətdədir. AzTV “Sabah” Yaradıcılıq Birliyində prodüser (1995-1998), ABA TV-də bədii rəhbər (1999), ANS TV-də baş prodüser (2000) vəzifələrində çalışıb. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasınin (İFASC) İdarə Heyətinin üzvü, Beynəlxalq “Qafqaz Sənədli Kino Şəbəkəsi”nin Azərbaycan üzrə təmsilçisi, “Simurq” Studiyasının təsisçisi və direktoru olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində dərs deyib. Əməkdar incəsənət xadimidir (2006). Şamil Nəcəfzadə hazırda ölkə xaricində yaşayır.
Rejissor, rəssam Şamil Nəcəfzadə rəssam Kamil Nəcəfzadə oğludur.
Rejissor, rəssam Şamil Nəcəfzadə rejissor Günel Nəcəfzadənin atasıdır.
- https://aki.az/samil-n%C9%99c%C9%99fzad%C9%99-60/
- https://www.amerikaninsesi.org/a/shamil-necefzade/3168685.html
- https://www.youtube.com/watch?v=Amcw570P1rk
- https://az.trend.az/azerbaijan/society/1106639.html
FILMOQRAFIYA:
- Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – rəssam
- Vətənin yüksək səması altında (1986, qısametrajlı sənədli televiziya filmi) – rəssam
- Yeni il əhvalatı (1986, animasiya filmi) – rəssam
- Afroditanın qolları (1987, qısametrajlı bədii film) – rəssam
- İmtahan (1987, tammetrajlı bədii film) – rəssam, aktyor (Rasim)
- 1000 il (1989, tammetrajlı sənədli televiziya filmi) – rəssam
- Təxribat (1989, tammetrajlı bədii film) – rəssam
- İthaf (II) (1990, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Ağ-qara dünya (1991, qısametrajlı sənədli film) – rejissor
- Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – aktyor (ingiliscə danışan azəri)
- Ağa, cəddinə qurban (1993, qısametrajlı sənədli film) – rejissor
- Gün keçdi… (1994, qısametrajlı sənədli film) – rejissor
- Pirə qayıdan yol (1994, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Sonra – sabah (1994, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, rəssam
- Kral ölür (1995, tammetrajlı film-tamaşa) – rejissor, ssenari müəllifi, rəssam
- Yarasa (1995, tammetrajlı bədii film) – rəssam
- 36 kadr (1996, qısametrajlı bədii film) – prodüser
- Leyli və Məcnun (III) (1996, tammetrajlı film-tamaşa) – rejissor, ssenari müəllifi, rəssam
- Dad yaddaşı (1996-1997, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ailə (1998, tammetrajlı bədii film) – rəssam, aktyor (alıcı)
- Hotdoq (1998, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, rəssam
- 102 an (2000, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
- Uşaqlara xas olmayan əhvalatlar (2000, qısametrajlı sənədli film) – rejissor
- Zəvvar (2002, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qısa monoloqlar (2003, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Əmanət (2004, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
- Səma şairi (2004, qısametrajlı sənədli film) – rejissor
- Qala (2008, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
- Bəşəriyyətin beşiyi (2011, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – rejissor
- Sirli bənövşə (2013, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Müharibə uşaqları (2014, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Sevinc bəxş edən insan (2014, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azərbaycan mətbəxi: dadsonrası dad (2015, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
