Tofiq Tağızadə

rejissor

(07.02.1919 – 27.08.1998)

Tofiq Mehdiqulu oğlu Tağızadə Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini (Sergey Yutkeviç və Lev Kuleşovun emalatxanası) bitirdikdən sonra (1946-1953) “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. “TMT” adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.

Rejissor Tofiq Tağızadə rejissor İranə Tağızadənin atasıdır.

  1. https://azertag.az/xeber/Bu_gun_Xalq_artisti_Tofiq_Tagizadenin_anim_gunudur-2267771
  2. https://e-qanun.az/framework/41300
  3. https://aqreqator.az/az/medeniyyet/970570
  4. https://medeniyyettv.az/az/news/2749/azerbaycan-kinosuna-gorusle-gelen-gorkemli-rejissor-tofiq-tagizade
  5. https://www.xalqcebhesi.az/news/culture/33343.html
  6. https://axar.az/news/sinema/302676.html
  7. https://www.medeniyyet.info/medeniyyet-xeberleri/bu-gun-xalq-artisti-tofiq-tagizadenin-anim
  8. https://az.trend.az/azerbaijan/culture/3016464.html

FILMOQRAFIYA:

  1. Görüş (1955, tammetrajlı bədii film) – rejissor
  2. Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – aktyor
  3. Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – rejissor
  4. Əsl dost (1959, tammetrajlı bədii film) – rejissor
  5. Matteo Falkone (1961, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (Canetta)
  6. Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – rejissor
  7. Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  8. Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – rejissor
  9. Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – rejissor
  10. Qızıl qaz (1972, tammetrajlı bədii film) – rejissor, aktyor (sədr Teymur Muxtarov)
  11. Dədə Qorqud (1975, tammetrajlı bədii film) – rejissor
  12. Evin kişisi (1978, tammetrajlı bədii film) – rejissor
  13. Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor (sərxoş)
  14. Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – aktyor (rejissor Oqtay Mamedoviç)
  15. Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – rejissor
  16. Qaladan tapılan mücrü (1982, tammetrajlı bədii film) – aktyor (professor)
  17. Bağ mövsümü (1985, tammetrajlı bədii film) – rejissor
  18. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (şikayətçi kəndli)
  19. Zirzəmi (1990, tammetrajlı bədii film) – aktyor (pianoçu)
  20. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – aktyor (əcnəbi)
  21. O dünyadan salam (1991, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (dirilənlərdən biri)
  22. Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – aktyor (Mirzə Mahmud)
  23. Köpək (1994, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Hüquqvarisi:Arman Atakişiyev (nəvəsi)
Əlaqə:-
Ünvan:Bakı şəhəri, Xaqani küçəsi ev 26/32, mənzil 43