Valeri Kərimov

rejissor, təsvir rejissoru

(26.06.1945 – 09.03.1998)

Valeri Sultan oğlu Kərimov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1969-1974). “Bakıtuneltikinti” idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlib. Burada işıqçı, kinoopertaor assistenti işləyib. Təhsil aldıqdan sonra təsvir rejissoru kimi çoxsaylı filmlər çəkib. “Debüt” studiyasında rejissor kimi “Həmyerli” adlı qısametrajlı bədii filmə quruluş verib. Əməkdar incəsənət xadimi Valeri Kərimov 1998-ci ildə vəfat edib.

Təsvir rejissoru Valeri Kərimov səs rejissoru Tatyana Kərimovanın həyat yoldaşıdır.

Təsvir rejissoru Valeri Kərimov səs rejissoru Teymur Kərimovun atasıdır.

Təsvir rejissoru Valeri Kərimov fotoqraf Tofiq Kərimovun qardaşıdır.

  1. https://www.gunaydin.az/news/8288
  2. http://anl.az/down/meqale/ses/2010/iyul/126062.htm
  3. http://www.anl.az/down/meqale/525/2015/may/440818.htm
  4. https://az.trend.az/azerbaijan/culture/2397668.html
  5. https://news.milli.az/culture/345642.html
  6. https://kino-cccp.net/publ/10-1-0-5196

FILMOQRAFIYA:

  1. Möcüzələr adası (1963, tammetrajlı bədii film) – kinooperator assistenti
  2. Ulduz (1964, tammetrajlı bədii film) – kinooperator assistenti
  3. Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – kinooperator assistenti
  4. Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – kinooperator assistenti
  5. Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
  6. Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
  7. Ömrün səhifələri (II) – Nəğmə dərsi (1974, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
  8. Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
  9. Beləliklə, biz başlayırıq (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – təsvir rejissoru
  11. Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
  12. Arzunu yarat (1977, animasiya filmi) – təsvir rejissoru
  13. De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
  15. Yarımçıq qalmış mahnı (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
  16. Qızıl uçurum (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
  17. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor
  18. Qaladan tapılan mücrü (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
  19. İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – təsvir rejissoru
  20. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – təsvir rejissoru
  21. Avqust gələndə (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  22. Rəşid Behbudov (II) (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
  23. Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor
  25. Sürəyya (II) (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
  26. Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
  27. “Ağ pələng”lə görüs (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
  28. Yol ayrıcında (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
  29. Ağ pambığı becərəndə, yığanda (1989, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  30. Həmyerli (1989, qısametrajlı bədii film) – rejissor
  31. Suya səyahət (1996, qısametrajlı sənədli film) – rejissor
  32. Ailə (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
  33. Yuxu (2001 (film 1993-1994-cü illərdə çəkilmişdir), tammetrajlı bədii film) – təsvir rejissoru
Hüquqvarisi:həyat yoldaşı Tatyana Kərimova
Əlaqə:-
Ünvan:-