Vaqif Bağırov

Təsvir rejissoru
(02.09.1949)

Bağırov Vaqif Sadıx oğlu 2 sentyabr 1949 – cu ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə 199 nömrəli orta məktəbə daxil olub və orta təhsilini 1966-cı ildə bitirib. 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasına “Aşkarlanma sexinə” qablayıcı vəzifəsinə düzəlib.

21oktyabr 1968-ci ildə Ordu sıralarında qulluq edib və 1970-ci ildə kinostudiyaya qayıdaraq kinokinooperator sexinə mexanik vəzifəsinə qəbul olunub. 1975-ci ildə 25 iyuldan quraşdırılmış səhnələr çəkilişi sexində, əvvəl kinokinooperator assistenti, sonra isə 1985-ci ildə 3-cü dərəcəli kinokinooperator işləyib. 1990-cı ildə, işlədiyi filmləri nəzərə alıb 1-ci dərəcəli quraşdırılmış səhnədə çəkiliş üzrə kinokinooperator vəzifəsinə layiq görülüb.

1994-cü ilin 15 sentyabrda quraşdırılmış səhnələrin çəkilişi sexinə rəis təyin olunub, 1998-ci ildə isə çəkiliş texnikası sexinə rəis təyin edilib. 2002-ci il 1 fevral öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Mexanik kimi fəaliyyətimi davam edib və 2008-ci ildə yenidən çəkiliş texnikası sexinə rəis təyin olunub. 2000-2006-cı illərdə Ə.Cavad adına İncəsənət Gimnaziyasında təsvir rejissoru sənətindən dərs deyib. 2013-cü il 1 fevral təqaüdə çıxmağı ila əlaqədar öz xahişi ilə işdən azad olunub. Əməkdar mədəniyyət işçisidir (2009). Azərbaycan Kinorejissorlar Gildiyasının Təftiş komissiyasının üzvü seçilib (2014)

https://audiovisual.az/vaqif-bagirov/

FILMOQRAFIYA:

  1. 1972-ci il – Qızıl qaz (kinooperator assistenti)
  2. 1974-cü il – Qatır Məmməd (kinooperator assistenti)
  3. 1975 Dörd bazar günü(kinooperator assistenti)
  4. 19765 Xoşbəxtlik arzuları (quraşdırılmış səhmələr üzrə kinooperator assistenti)
  5. 1976- Qərib cinlər diyarında (quraşdırılmış səhmələr üzrə kinooperator assistenti)
  6. 1977 Sevinc  buxtası (quraşdırılmış səhmələr üzrə kinooperator assistenti)
  7. 1977 Şir evdən getdi (kinooperator assistenti)
  8. 1980 Gözlə məni (kinooperator assistenti)
  9. 1980 Yol əhvalatı (kinooperator assistenti)
  10. 1981 Birisi gün gecə yarısı (kinooperator assistenti)
  11. 1983 Asif Vasif Ağasif (kinooperator assistenti)
  12. 1984 Tənha narın nağılı (kinooperator assistenti)
  13. 1984 Qoca palıdın nağılı (quraşdırılmış səhmələr üzrə kinokinooperator)
  14. 1985 Bağ mövsümü (kinooperator assistent)
  15. 1986 Qəm pəncərəsi -2 seriya (quraşdırılmış səhmələr üzrə kinooperator)
  16. 1987 Süd dişinin ağrısı (quraşdırılmış səhmələr üzrə kinooperator)
  17. 1987 Araqarışdıran (quraşdırılmış səhmələr üzrə kinooperator)
  18. 1988 Cansıxıcı əhvalat (quraşdırılmış səhmələr üzrə kinooperator)
  19. 1988 Boş yer (quraşdırılmış səhmələr üzrə kinooperator)
  20. 1990 Qətl günü (quraşdırılmış səhmələr üzrə kinooperator)
  21. 1990 Şahid qız (quraşdırılmış səhmələr üzrə kinooperator)
  22. 1995 Ümid (quraşdırılmış səhmələr üzrə kinooperator)
  23. 1996 Özgə vaxt (quraşdırılmış səhmələr üzrə kinooperator)
  24. 1998 Ailə (quraşdırılmış səhmələr üzrə kinooperator)
  25. 2004 Məkanın melodiyası (ikinci  kinooperator)
Vaqif Bağırov
Əlaqə:+994 55 359-94-11
Ünvan:Bakı ş. 5-ci mkr., 20 yanvar 40, mənzil 63.