Yalçın Əfəndiyev

Rejissor

(24.07.1937 – 10.12.2019)

Yalçın Heydər oğlu Əfəndiyev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində (1960) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (Lev Kuleşov və Boris Belokurovun emalatxanası) təhsil alıb. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də onun adı ilə bağlıdır: 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filminə görə Azərbaycan Komsomolu mükafatına layiq görülüb (1976). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, əməkdar incəsənət xadimi (1982), Xalq artisti (2007) Yalçın Əfəndiyev 2019-cu ildə vəfat etmişdir. .

  1. https://aki.az/xatir%C9%99l%C9%99r-sahili-s%C9%99n%C9%99dli-filminin-c%C9%99kilisl%C9%99rin%C9%99-start-verildi/
  2. https://www.youtube.com/watch?v=NWBO215kaMM
  3. https://medeniyyet.az/page/news/56782/.html
  4. http://www.anl.az/down/meqale/medeniyyet/2019/dekabr/689413.htm
  5. https://axtar.len.az/?q=Yal%C3%A7%C4%B1n_%C6%8Ff%C9%99ndiyev_(kinorejissor)

FILMOQRAFIYA:

  1. Bakı haqqında 10 dəqiqə (1966, qısametrajlı sənədli film) – rejissor
  2. Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – rejissor
  3. Azadlıq məşəli (1967, qısametrajlı sənədli film) – rejissor
  4. Qayıdacağına inanırdı (1968, qısametrajlı sənədli film) – rejissor
  5. Cırtdan (1969, animasiya filmi) – rejissor
  6. Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – rejissor
  7. Suriyada (1970, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  8. Xatirələr sahili (1972, tammetrajlı bədii film) – rejissor
  9. Odla təmasda (1972, qısametrajlı sənədli film) – rejissor
  10. Naxışların yaddaşı (1973, qısametrajlı sənədli film) – rejissor
  11. Dostluğun təntənəsi (1974, qısametrajlı sənədli film) – rejissor
  12. Neft Akademiyası (1974, qısametrajlı sənədli film) – rejissor
  13. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – rejissor
  14. Ovçu, vurma məni (1977, qısametrajlı sənədli film) – rejissor
  15. Yay günləri (1977, qısametrajlı sənədli film) – rejissor
  16. Azərbaycan narı (1978, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  17. Gənclərin 50 yaşlı teatrı (1979, qısametrajlı sənədli film) – rejissor
  18. Sənin həyat mövqeyin (1979, qısametrajlı sənədli film) – rejissor
  19. Qırmızı bayraqlı Azərbaycan (1980, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  20. Tərlan Musayeva (1980, qısametrajlı sənədli film) – rejissor
  21. Salam, İordaniya (1981, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  22. Təsərrüfatlararası birlik (1981, qısametrajlı sənədli film) – rejissor
  23. Fransada Azərbaycan günləri (1985, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  24. Qurultaydan qurultaya (III) (1985, qısametrajlı sənədli film) – rejissor
  25. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (1987, qısametrajlı sənədli film) – rejissor
  26. Müsəlmanlar sülh uğrunda mübarizədə (1987, qısametrajlı sənədli film) – rejissor
  27. Yusif Məmmədəliyev (1987, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  28. “Ağ pələng”lə görüs (1988, qısametrajlı sənədli film) – rejissor
  29. Azərbaycan incəsənəti (III) (1988, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  30. Hikmətli miniatürlər (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  31. Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  32. Dönüş (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  33. Yol (2003, qısametrajlı bədii film) – bədii rəhbər
  34. Tilsim (2005, tammetrajlı bədii film) – bədii rəhbər
  35. Akademik Topçubaşov (2011, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Hüquqvarisi:Laləndə Topçubaşova (həyat yoldaşı)
Əlaqə:055 800 50 90
Ünvan:-