Yavər Rzayev

Rejissor, ssenarist

(01.11.1956)

Yavər Maarif oğlu Rzayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr rejissorluğu ixtisasında (1975-1980), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində (1985-1990, V.Lisakoviçin emalatxanası) təhsil alıb. 1980-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. 2015-ci ildə “İlahi məxluq” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb. Daha sonra isə rejissorun çəkdiyi “Xeyirlə şərin rəqsi” (2016) bədii filmi 2018-ci ildə “Ən yaxşı rejissor işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatının qalibi olmuşdur. Rejissor Yavər Rzayev 2008-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimidir.

  1. https://aki.az/yav%C9%99r-rzayev-m%C9%99nim-ucun-b%C9%99dii-v%C9%99-s%C9%99n%C9%99dli-kino-arasinda-s%C9%99rh%C9%99dl%C9%99r-yoxdur/
  2. http://anl.az/down/meqale/medeniyyet/2011/may/173991.htm
  3. https://www.adalet.az/mobil/99190

FILMOQRAFIYA:

  1. Əlavə iz (1981, tammetrajlı bədii film) – aktyor (Vaqif)
  2. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – rejissor assistenti
  3. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – rejissor assistenti
  4. Axırıncı addım (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  5. Dözümlü minarələr (1990, qısametrajlı sənədli film) – rejissor
  6. Haray (1990, qısametrajlı sənədli film) – rejissor
  7. Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  8. Sarı gəlin (1998, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  9. Müstəqillik yollarında (2004-2005, sənədli serial) – yaradıcı heyətin üzvü
  10. …Keçid… (2005, qısametrajlı sənədli film) – ssenari müəllifi
  11. Qrinviç meridianından… kənarda (2007, qısametrajlı bədii film) – bədii rəhbər
  12. Niyyət (2009, tammetrajlı bədii film) – ssenari müəllifi
  13. İlahi məxluq (2011, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi (2015 – “Ən yaxşı orijinal ssenari” – “Qızıl Pəri” mükafatı
  14. Şərəf və ləyaqət (2013, qısametrajlı sənədli film) – rejissor
  15. Vətəni ucaldan əməlin (2013, qısametrajlı sənədli film) – rejissor
  16. Gözümün işığı və ya qəribə heykəltəraş ömrü (2014, qısametrajlı sənədli film) – rejissor
  17. Bakı, mən səni sevirəm (2015, tammetrajlı bədii film, kinoalmanax) – rejissor, ssenari müəllifi
  18. Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi (2018 – “Ən yaxşı rejissor işi” – “Qızıl Pəri” mükafatı)
  19. Yarımçıq xatirələr (2015, tammetrajlı bədii film) – ssenari müəllifi
  20. Avtoportret (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  21. Biri var idi, biri yox idi (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  22. Bizim Həsən müəllim (film, 2020) – rejissor, ssenari müəllifi
  23. “Mehmandarovlar. Millət naminə” (film, 2022) – rejissor, ssenari müəllifi
Əlaqə: 050 368 06 38
Ünvan:Bakı şəhəri, Moskva prospekti 73a, mənzil 12.