Ziyafət Abbasov

Rejissor

(01.10.1935)

Ziyafət Əmir oğlu Abbasov Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1968). Azərbaycan Dövlət Teleradio Şirkətində (1968-1974), 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor şöbəsində bədii rəhbər, bədii filmlər rejissoru, “Mozalan” kinojurnalının bədii rəhbəri, baş redaktoru olub. “Mozalan” kinojurnalı üçün 40-a yaxın bədii və sənədli süjet çəkib. 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunub. 1995-2001-ci illərdə kinostudiyanın direktoru olub (1995-2001). Əməkdar incəsənət xadimidir.

https://rakus.az/ziyafet-abbasov-85-ci-baharina-qedem-qoyur/

FİLMOQRAFİYA: 

  1. Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – təcrübəçi rejissor
  2. Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – rejissor
  3. Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – rejissor
  4. Abşeronda subtropik bitkilər (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  5. “Lalə” qızlar ansamblı (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  6. 777 №-li iş (1992, tammetrajlı bədii film) – direktor
  7. Haray (II) (1993, tammetrajlı bədii film) – redaktor
  8. Müqəddəs torpaq (II) (1993, qısametrajlı sənədli film) – rejissor
  9. Ümid qapısı (1993, qısametrajlı sənədli film) – rejissor
  10. Gözəlliklər diyarı (1995, qısametrajlı sənədli film) – rejissor
  11. Ailə (1998, tammetrajlı bədii film) – prodüser
Əlaqə:055 511 20 05 (oğlu İslam bəy)
Ünvan:-