Akif Əli
Ssenarist, yazıçı
(22.02.1952)
Akif Əli oğlu Məhərrəmov 22 fevral 1952-ci ildə Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. “Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib.(1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” (Azərbaycanfilm) filmində Tapdıq və b. obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir. Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, “Qızıl qələm” mükafatı laureatıdır.
Filmoqrafiya:
- 1974-75 – “Uzun müharibədə qısa görüşlər”
- 1975 – “Tütək səsi”
- 1975 – “Əgər bir yerdəyiksə”
- 1977 – “Arxadan vurulan zərbə”
