Asim Cəlilov
ssenarist, yazıçı, jurnalist
(09.05.1936)
Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasıda təhsil alıb. 1967-1972-ci illərdə “Molodyoj Azerbaydjana” qəzetində, 1979-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1991-1995-ci illərdə isə “Bakinskiy raboçiy” qəzetində baş direktor vəzifəsində işləyib. Azərbaycanın Əməkdar Jurnalisti fəxri adına layiq görülüb.
Filmoqrafiya:
1978 – “Diplom müdafiəsi” – ssenari müəllifi
1981 – “Yol əhvalatı” – ssenari müəllifi
1984 – “Avqust gələndə” – ssenari müəllifi
1985 – “Ögeylik” (“Mozalan” satirik kinojurnalı) – ssenari müəllifi
1986 – “Arayış” (“Mozalan” satirik kinojurnalı) – ssenari müəllifi
1986 – “Köç” (“Mozalan” satirik kinojurnalı) – ssenari müəllifi
1987 – “Şeytan göz qabağında” – ssenari müəllifi
1987 – “Koqalımdan xəbərlər” – ssenari müəllifi
1987 – “Yay gününün xəzan yarpaqları” – ssenari müəllifi
1990 – “Gedərsən bizə” (“Mozalan” satirik kinojurnlı) – ssenari müəllifi
1991 – “Subaylarınızdan görəsiniz” (“Mozalan” satirik kinojurnalı) – ssenari müəllifi
1991 – “Yubiley” – ssenari müəllifi
