Dinarə Gərəkməzli

ssenarist, yazıçı, jurnalist

(14.04.1948) 

Dinarə İsa qızı Gərəkməzli Gürcüstanın Marneuli rayonunda anadan olub. 1963-cü ildə ailəliklə Bakıya köçüblər. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb (1969-1974). Aparatçı, tabelçi və “Azərkitab”ın kitab bazasında fəhlə (1966-1969), məzun olduqdan sonra “Molodyoj Azerbaydjana” qəzetinin redaksiyasında müxbir (1974-1977) işləyib. 1977-2001-ci illərdə “Azərkinovideo” istehsalat birliyində və eyni zamanda “Azərbaycanfilm” kinostudiyasında çalışmışdır.  İşlədiyi dövr ərzində onlarla sənədli, bədii filmin redaktoru olmuş, Rasim Ocaqov, Eldar Quliyev, Hüseyn Mehdiyev, Zaur Məhərrəmov, Cəmil Quliyev, Teymur Bəkirzadə və s. kimi rejissorlarla bərabər işləmişdir. Bədii yaradıcılığa 1967-ci ildən başlayıb. Şeirləri, tərcümə və oçerkləri dövri mətbuatda, almanaxlarda çap edilib. “Salam” (1978), “Quşlar oyananda” (1987), “Əncirin dadı” (2005) adlı kitabların, sənədli, televiziya və cizgi filmlərinin ssenari müəllifidir. Dinarə Gərəkməzli Yazıçılar İttifaqının (1988), Jurnalistlər İttifaqının (2000), Rəssamlar İttifaqının (2005) və Kinorejissorlar Gildiyasının (2006) üzvüdür. Əməkdar mədəniyyət işçisidir (2009).

FILMOQRAFIYA:

  1. Qara Qarayev – 60 (1978, qısametrajlı sənədli film) – redaktor
  2. Qaz-kondensat tədqiqat yataqları üçün avadanlıq (1978, qısametrajlı sənədli film) – redaktor
  3. İmtahan (1987, tammetrajlı bədii film) – redaktor
  4. Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (1987, qısametrajlı sənədli film) – redaktor
  5. Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – redaktor
  6. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – redaktor
  7. Təxribat (1989, tammetrajlı bədii film) – redaktor
  8. Şahid qız (1990, tammetrajlı bədii film) – redaktor
  9. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – redaktor
  10. Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – redaktor
  11. Söhbətül əsmar (1994, animasiya filmi) – ssenari müəllifi
  12. Ümid (II) (1995, tammetrajlı bədii film) – redaktor
  13. Özgə vaxt (1996, tammetrajlı bədii film) – redaktor
  14. Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – redaktor
  15. Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – redaktor
Əlaqə:+994 50 586 95 05
Ünvan:Bakı şəhəri, 7-ci mkr., ev 62, mənzil 38.