loading

Dinarə Gərəkməzli

ssenarist, yazıçı, jurnalist

(09.05.1948) 

Dinarə İsa qızı Gərəkməzli 14 aprel 1948-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. Ailəsi 1960-cı ildə Bakıya köçmüşdür. Orta məktəbi bitirən Dinarə Gərəkməzli 1969-cu ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olmuş və təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiyasında redaktor vəzifəsində çalışmağa başlamışdır. Ömrünün yarıdan çoxunu kinoya həsr edən Dinarə Gərəkməzli bir çox sənədli, televiziya və cizgi filmlərinin ssenari müəllifi olmuşdur.
O, Azərbaycanın tanınmış rejissorları Rasim Ocaqovun, Eldar Quliyevin, Teymur Bəkirzadənin, Zaur Məhərrəmovun, Hüseyn Mehdiyevin çəkdikləri filmlərin yaradıcılıq prosesində sənətçilərə yardımçı olmuş və əsərlərin ərsəyə gəlməsində öz tövsiyyələrini vermişdir.
1978-ci ildə “Gənclik” redaksiyasında “Salam”, 1987-ci ildə “Yazıçı” redaksiyasında “Quşlar oyananda” və 2005-ci ildə “Yurd” redaksiyasında nəşr olunmuş “Əncirin dadı” adlı poetik kitabların müəllifi olan şairə Dinarə xanım ədəbiyyatda öz dəsti-xətti ilə seçilən, kinoda yüksək peşəkarlıq nümunəsi olan, kinematoqrafın bütün proseslərində aktiv iştirak edən bir müəllifdir. Yazıçılar Birliyinin, Jurnalistlər və Yazıçılar İttifaqının, Kinorejissorlar Gildiyasının üzvüdür.

Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-