Orxan Fikrətoğlu

ssenarist, yazıçı

(21.03.1966)

Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub. İdman internatında (1973-1983), M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb. İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. “Dünya haqqında nağıl” (1989), “Səhər” (1994), “Şirvan şeşəngisi” (1998), “3-cü günün adamı” (2000), “100 ilin kitabı” (2007), “Zaman” (2008), “Rəngli hekayələr” (1990, Moskva, “Oqonyok” jurnalının mükafatını qazanıb) kitabları, çoxsaylı esseləri dərc olunub. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. Kinostudiyada işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru işləyib. “Mozalan” studyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanalında veriliş aparıcısı olub. Hazırda İctimai televiziyada çalışır. 14 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir. Əməkdar incəsənət xadimidir (2016). Azərbaycan Professional Kinorejissroar Gildiyasının üzvüdür.

Yazıçı Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur.

  1. https://az.trend.az/azerbaijan/society/3594690.html
  2. https://525.az/news/164544-orxan-fikretoglu-arzularim-hec-vaxt-kiminse-arzulariyla-toqqusmayib
  3. https://metbuat.az/news/1461211/orxan-fikretoglu-beynelxalq-mukafata-layiq-goruldu.html
  4. https://edebiyyatqazeti.az/news/edebi-tenqid/6979-orxan-fikretoglu-yaradiciliginda-modern-ve-postmodern-elementler
  5. https://rekord.az/news/olke-cempionu-orxan-fikretoglu-samaxiliyam-ve-ora-bagliligim-genetikdir/35761
  6. https://report.az/maraqli-melumatlar/orxan-fikretoglu-rus-sektoru-putin-pasinyan-molla-rejimi-jurnalistika-barede/
  7. https://apa.az/az/edebiyyat/orxan-fikretoglu-metroda-oxunan-kitab-hec-vaxt-edebiyyat-ola-bilmez-musahibe-726138

FILMOQRAFIYA:

  1. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – işıqçı
  2. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – ssenari müəllifi
  3. Qəzəlxan (1991, tammetrajlı bədii film) – redaktor
  4. Səs (II) (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  5. Hökm (1994, tammetrajlı bədii film) – redaktor
  6. Şəkilçi və şəkilçi (1995, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  7. Ümid (II) (1995, tammetrajlı bədii film) – ssenari müəllifi
  8. Yük (1995, tammetrajlı bədii film) – redaktor, aktyor (mirzə)
  9. Ailə (1998, tammetrajlı bədii film) – redaktor
  10. Hotdoq (1998, qısametrajlı bədii film) – ssenari müəllifi
  11. Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – mətn müəllifi, aktyor (aparıcı)
  12. Dairə (II) (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  13. Ərazi (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  14. Yalan (2006, tammetrajlı bədii film) – ssenari müəllifi
  15. Qanadlarıma sığal çək (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
  16. 3 rəng (2010, qısametrajlı bədii film) – əsərindən istifadə olunub
  17. Xəlvətdə qalmış müdrik (2014, qısametrajlı sənədli film) – ssenari müəllifi
  18. Əfsanə (II) (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
  19. Əliaçıq xəsis (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
  20. Həyatımın notları (2017, qısametrajlı sənədli film) – redaktor
  21. Ölməz Murtuza (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
  22. Sonuncu akkord (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
  23. Bakılı qızlar (2018, qısametrajlı sənədli film) – redaktor
  24. Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – ssenari müəllifi, aktyor (Əlimərdan bəy Topçubaşov)
  25. Dönüş (V) (2018, tammetrajlı sənədli film) – ssenari müəllifi
  26. Xilaskar ömrü (2018, qısametrajlı sənədli film) – redaktor
  27. Könül nəğmələri (2018, qısametrajlı sənədli film) – redaktor
  28. Vətən dili (2019, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  29. 20 yanvar: Dəyişən talelər (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  30. Yeni gün (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  31. Solaxay (qısametrajlı bədii film) – ssenari müəllifi
Əlaqə:055 841 48 30
Ünvan:-