Ramiz Rövşən
ssenarist, şair
(15.12.1946)
15.12.1946 – cı ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirdikdən sonra, 1976-1978 – ci illərdə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alır. Əsərləri dövrü mətbuatda və xaricdə çap olunub. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında redaksiya heyətinin üzvü, 1978-1992-ci illərdə Baş redaktor vəzifəsində çalışmışdır.
Filmoqrafiya:
1981 – “Babamızın babasının babası” – (bədii film)
1985 – “Şəhərli biçinçilər” – (bədii film)
1986 – “İşarəni dənizdən gözləyin” – (bədii film)
1988 – “Süd dişinin ağrısı” – (bədii film)
1990 – “Şəhidlərdən şəhidlərə” – (bədii film)
1991 – “Almaz ildırım” – (sənədli film)
1995 – “Şəbu hicran” – (sənədli film)
1996 – “Özgə vaxt” – (bədii film)
1997 – “Fizuli – 500” – (sənədli film)
1999 – “Xoşbəxt adam” – (sənədli film)
2000 – ” Ömür ağacı” – (sənədli film)
2001 – “Məkanın melodiyası” – (bədii film)
