Yusif Şeyxov
ssenarist
(02.02.1951)
1951-ci il fevralın 2-də Bakı şəhərində anadan olub. Burada 23 saylı orta məktəni bitirib. 1969-1970-ci illərdə Neft Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakultəsində təhsil alıb.Sonradan “Azərbaycanfilm” kinostudiyasında, 1979-1985-ci illərdə Dövlət Kinomatoqrafiya Komitəsində müxtəlif vəzifələrdə şalışıb.1985-1989-cu ilərdə “Azərkinoprokat” idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə “Azərkinovideo” birliyində baş direktor müavini vəzifəsində çalışıb. Hal hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri vəzifəsində çalışır. Əməkdar mədəniyyət işçisidir.
Filmoqrafiya:
“Dua” – (sənədli) – sənədli
“Portret – Tokay Məmmədov” – (sənədli) – ssenarist
“Qobustan” – (sənədli) – ssenarist
“Sübhdən başlayan həyat” – (sənədli) – ssenarist
“Arxada qalmış gələcək” – (bədii) – ssenarist
“Üçüncü günün adamı” – (bədii) – ssenarist
“Mozalan”- ssenarist
“Qızıl” – (cizgi) – ssenarist
“İt sərgisi” – (cizgi) – ssenarist
