Ələkbər Muradov

rejissor, təsvir rejissoru

(01.08.1948 – 01.08.2013)

Ələkbər Yunus oğlu Muradov (Ələkbər Murad) Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). Azərbaycan Neft Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən “Azneftxim” studiyasında (1966), “Azərbaycanfilm” kinostudiyasında, AzTV-nin “Ekran” Yaradıcılıq Birliyində, Lider TV-də çalışıb. Bakı Slavyan Universitetində fotojurnalistikadan dərs deyib. Əməkdar incəsənət xadimi (2005) ƏLəkbər Muradov 2013-cü ildə vəfat edib.

Rejissor, təsvir rejissoru Ələkbər Muradov rejissor Murad Muradovun atasıdır.

  1. https://az.trend.az/azerbaijan/culture/2176028.html
  2. https://azertag.az/xeber/Azerbaycanin_taninmis_rejissoru_ve_operatoru_Alekber_Muradov_vefat_etmisdir-27674
  3. http://www.anl.az/down/meqale/medeniyyet/2013/avqust/320659.htm
  4. https://gunaydin.az/news/9099
  5. https://kulis.az/xeber/senet/xeber_____________________________-5782

FILMOQRAFIYA:

  1. Azərbaycan SSR Xalq Rəssamı Səttar Bəhlulzadəyə həsr olunur (1968, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  2. Dənizə çıxmaq qorxuludur (1973, qısametrajlı bədii film) – kinooperator assistenti
  3. Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – kinooperator assistenti
  4. Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – kinooperator
  5. Boru xətlərində yeni texnika (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  6. Anaya məktub (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  7. Səadət təranələri (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  8. Uşaq səadəti bayramı (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  9. Gəmiqaya (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – kinooperator, aktyor (Cəfərin yaraqlısı)
  11. Odlu ürək (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru
  12. Qaladan tapılan mücrü (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
  13. Özünü onun yerinə qoy (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru
  14. Hamı bir nəfər üçün (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
  15. Nəsirəddin Tusi (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
  16. Oğlan (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
  17. Üçüncü növbə (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
  18. Bakı. Müharibə illəri (1985, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  19. Həsir (1985, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  20. Təkəlduz (1985, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  21. Armudu (1986, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  22. Kənd əhvalatı (1986, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  23. Zirzəmi (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
  25. O dünyadan salam (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
  26. Qonaq-qaralı ev (1992, qısametrajlı sənədli film) – təsvir rejissoru
  27. Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – təsvir rejissoru
  28. Hökm (1994, tammetrajlı bədii film) – təsvir rejissoru
  29. Qanlı Bakı (1994, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  30. Yaşar Nuri olduğu kimi… (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  31. Dədə Şəmşir (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  32. Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
  33. Şuşa yolu… (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  34. Tənha ruh (2002, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  35. Etiraf (II) (2004, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  36. Ərənlər (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
  37. “Hacı Mail” nağılı (2005, tammetrajlı sənədli televiziya filmi) – rejissor
  38. Anamın duaları (2007, tammetrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
  39. Sonuncu dərviş (2009, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, geyim üzrə rəssam
  40. Yaddaşın rəmzi. Quba – 1918 (2011, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  41. Toy marşı – Bakı toyları (2013, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Hüquqvarisi:Oğlu Murad Muradov.
Əlaqə:+994 50 399 30 13
Ünvan:-