Əli Sultanov

təsvir rejissoru

(19.02.1982)

Əli Rafiq oğlu Sultanov Qubada anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Xəyal TV-də (1998-1999), “Sərvan” kino şirkətində (2002), “Mozalan” studiyasında (2003-2005), “Old city” productionda (2008-2019), “Bakı Film” kinostudiyasında (2009), “Debüt” studiyasında (2009-2013), “Ultra” productionda (2010-2012), “Salnamə” studiyasında (2011-2012), “Od Media” productionda (2011-2019), “İz Media Qrup”da (2012-2019), “Yaddaş” studiyasında (2014-2015), “Azərbaycanflm”də (2010-2019) təsvir rejissoru kimi çalışıb. Müxtəlif TV kanalları və sosial media üçün klip, çarx və reklam layihələrində təsvir rejissoru olub. Azərbyacn Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

  1. http://kinobiz.az/celebrity/%C9%99li-sultanov/
  2. https://medeniyyet.az/page/news/5306/Komediya-janrinda-yeni-film-cekilir.html?lang=ru
  3. https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2016/10/06/nobel-qardaslari-haqqinda-filmin-rejissoru-c-kilis-qrupundan-danisdi-584263

FILMOQRAFIYA:

  1. Danış dilindəki sözünə qurban (2003, sənədli film) – təsvir rejissoru
  2. Hacı xanım (2003, sənədli film) – təsvir rejissoru
  3. Bir anın həqiqəti (2003, bədii serial) – kinooperator
  4. Cənnət Səlimova (2004, sənədli film) – təsvir rejissoru
  5. Əlaçı qadın (2005, bədii film) – təsvir rejissoru
  6. Məhəbbətin qüdrəti (2005, bədii film) – təsvir rejissoru
  7. Mehriban Əfəndi (2006, sənədli film) – təsvir rejissoru
  8. Ya bilim, ya ölüm (2006, bədii film) – təsvir rejissoru
  9. Sabun (2006, bədii film) – təsvir rejissoru
  10. NT klinika (2006, sənədli film) – təsvir rejissoru
  11. Satılmış həyat (2008, qısametrajlı bədii film) – təsvir rejissoru
  12. Günahkarlar yoxsa günahsızlar… (2009, qısametrajlı bədii film) – təsvir rejissoru
  13. Hüdudsuz təhsil (2009, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  14. Psixiatr (2009, qısametrajlı bədii film) – təsvir rejissoru
  15. Dördbucaq içində (2010, qısametrajlı sənədli film) – təsvir rejissoru
  16. Əlavə təsir (2010, tammetrajlı bədii film) – kinooperator
  17. Qaçqın. Anar Usubovun həyat hekayəsi (2010, tammetrajlı sənədli film) – kinooperator
  18. Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – təsvir rejissoru
  19. Yaddaş (II) (2010, tammetrajlı bədii film) – təsvir rejissoru
  20. Çövkən (2011, qısametrajlı sənədli film) – təsvir rejissoru
  21. İşıq şəhəri (2012, tammetrajlı sənədli film) – kinooperator assistenti
  22. Neftin adamı (2012, qısametrajlı sənədli film) – təsvir rejissoru
  23. Sabiri düşünərkən (2012, qısametrajlı sənədli film) – təsvir rejissoru
  24. Alınmaz qalanın qəhrəmanları (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
  25. Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – təsvir rejissoru
  26. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – kinooperator
  27. Udinlər (II) (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
  28. Vətən sağ olsun (2014, qısametrajlı sənədli film) – təsvir rejissoru
  29. Onun atası (2015, qısametrajlı bədii film) – təsvir rejissoru
  30. Postskriptum (2015, qısametrajlı bədii film) – təsvir rejissoru
  31. Bəstəkar (II) (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
  32. Qısa ömrün davamı… (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
  33. Ölümə səfər (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
  34. Qız qaçırtma (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
  35. Nazlı (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
  36. Niyə? (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
  37. Arif Aziz (2018, qısametrajlı sənədli film) – təsvir rejissoru
  38. Dan yeli (2019, qısametrajlı bədii film) – təsvir rejissoru
  39. Erməni “el” nağılları (2019, qısametrajlı sənədli film) – təsvir rejissoru
  40. Titrəmə (2020, qısametrajlı bədii film) – təsvir rejissoru
  41. Bizim komandir (2021, qısametrajlı sənədli film) – texnik
Əlaqə:050 312 63 13
Ünvan:-