loading

Arif Nərimanbəyov

operator

(1918-1992)

Arif Nərimanbəyov 13 aprel 1918-ci ildə Bakıda anadan olub. 1944-cü ildə ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirərək, müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlamışdır. Bir çox bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Arif Nərimanbəyov 16 may 1992-ci ildə vəfat edib.

 

Filmoqrafiya:

1945 – “Əbədi odlar ölkəsi” – (sənədli) – operator
1945 – “Qələbə bayramı” – (sənədli) – operator
1949 – “Quba bağlarında və Tərtərçay vadisində” – (sənədli) – operator
1949 – “Rahatdır, əlverişlidir, etibarldır” – (sənədli) – operator
1950 – “Mingəçevir” – (sənədli) – operator
1950 – “Səhər nəğməsi” – (sənədli) – operator
1951 – “Azərbaycan sərhədçiləri” – (sənədli) – operator
1951 – “Gənc Leninçilər” – (sənədli) – operator
1953 – “Quba bağlarında” – (sənədli) – operator
1954 – “Bərəkətli torpaq” – (sənədli) – operator
1955 – “Bəxtiyar” – quruluşçu operator
1957 – “Qızmar günəş altında” – quruluşçu operator
1958 – “Bakı və bakılılar” – (sənədli) – operator
1959 – “Bir qalanın sirri” – quruluşçu operator
1960 – “Akif Cəfərovun briqadası” – (sənədli) – operator
1961 – “Azərbaycanın böyük kimyası” – (sənədli) – operator, ssenari müəllifi
1961 – “Leyli və Məcnun” – quruluşçu operator
1962 – “Tofiq Əhmədovun orkestrinin konserti” – (sənədli) – operator
1963 – “Möcüzələr adası” – quruluşçu operator
1966 – “Qaraca qız” – quruluşçu opeator
1967 – “İnsan məskən salır” – quruluşçu operator
1970 – “O qızı tapın” – quruluşçu operator
1972 – “Həyat bizi sınayır” – quruluşçu operator
1972 – “Var olun, qızlar!” – quruluşçu operator
1974 – “Ömrün səhifələri” (“Rəqiblər”) – quruluşçu operator
1976 – “Ürək, ürək…” – quruluşçu operator
1976 – “Dərviş Parisi partladır” – quruluşçu operator
1978 – “Bayquş gələndə” – quruluşçu operator
1980 – “Onun bəlalı sevgisi” – quruluşçu operator
1982 – “Nizami” – quruluşçu operator
1986 – “Kömək” (“Mozalan” kinosüjeti) – rejissor
1986 – “17 yaşlı oğlan” – quruluşçu operator
1987 – “Varlığa nə darlıq?” (“Mozalan” kinosüjeti) – rejissor, ssenari müəllifi

Hüquqvarisi:Həyat yoldaşı Tamara Nərimanbəyova.
Əlaqə:-
Ünvan:-