Şərif Şərifov
təsvir rejissoru
(13.10.1938 – 26.09.2007)
Şərif İsmayıl oğlu Şərifov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun təsvir rejissoruluğu fakültəsində təhsil alıb (1964-1970). 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasında dərs deyib. “Kino çəkilişi texnikası” (2001), “Televiziya və onun texnologiyası” (2002), “Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi” (2003) adlı dərs vəsaitlərinin müəllifidir. Bir müddər Türkiyədə müəllim kimi fəaliyyət göstərib. “Humay” mükafatı laureatı, Əməkdar incəsənət xadimi (2005) Şərif Şərifov 2007-ci ildə vəfat edib.
- https://medeniyyet.az/page/news/54552/Yol-ehvalatinda-olanlar.html?lang=az
- https://audiovisual.az/t%C9%99svir-rejissorlari/s%C9%99rif-s%C9%99rifov/
FILMOQRAFIYA:
- Azərbaycan mədəniyyətinin baharı (1959, qısametrajlı sənədli film) – kinooperator assistenti
- Koroğlu (1960, tammetrajlı bədii film) – kinooperator assistenti
- Böyük dayaq (1962, tammetrajlı bədii film) – kinooperator assistenti
- Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – kinooperator assistenti
- Azadlıq məşəli (1967, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – kinooperator
- Şərikli çörək (1969, tammetrajlı bədii film) – kinooperator
- Foto “Fantaziya” (1970, qısametrajlı bədii film) – təsvir rejissoru
- O qızı tapın (1970, tammetrajlı bədii film) – kinooperator
- Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – kinooperator
- Var olun, qızlar (1972, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoru
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şənlik bizə yaraşır (1974, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bakı kondisionerləri (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Cənub buxtası (1977, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şir evdən getdi (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
- Həyatımızın himni (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sirk mənim həyatımdır (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bizim günlərin mahnıları (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Solmaz bir bahar kimi (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Azərbaycanın xoşbəxt torpağı (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yol əhvalatı (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
- Son söz (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Əzablı yollar (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
- Arzuya doğru (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Nar haqqında hər şey (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Respublikaya üçüncü Lenin ordeni (1983, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Gürzə ilə əlbəyaxa (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Əbədi iz (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Fikrət Əmirov (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Geriyə baxmağa dəyə.. (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Xalça haqqında dastan (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Kür – dostluq çayıdır (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Taca doğru addım (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- İstək olarsa (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Məişət elektrik cihazlarından yanğın baş verməsi (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yataqda siqaret çəkməyin (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Koqalımdan xəbərlər (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Şahmatçı (1987, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Xəzər gəmiçiliyi (II) (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ağrı (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Aşkarsızlıq aynasında (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Kross (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Külək haraya əsir? (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Matəm (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bizim Bakı Teatrı (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- İlk tamaşa (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qobustan (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ordubad (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Veteran (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
- 100 ilin astanasında (1992, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ağ saçların işığında (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Anam Kür (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Əsrin müqaviləsi (1996, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Məhəbbətin hökmü (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
- Sifarişçi (2000, qısametrajlı bədii film) – təsvir rejissoru