Fəxri prezident

Eldar Quliyev

Eldar Quliyev

Rejissor, ssenarist, prodüser

Eldar Quliyev – rejissor, ssenarist, prodüser

18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskva Ümumittifaq Kenmatoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən «Azərbaycanfilm» kinostudiyasında çalışmağa başlayıb. Bir çox bədii və sənədli filmlərin müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi festivallarda mükafatlara layiq görülüb. Respublika Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq Artisti olmuşdur. «Debüt» studiyasının bədii rəhbəri, 1999-cu ildən 2014-cü ilə qədər Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ilk fprezidenti, 2014-cü ildən sonra isə rəsmi olaraq «Fəxri prezidenti» olmuşdur. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru olub. Yaradıcılığı müxtəli mövzularla və janrlarla zəngindir. «Bir cənub şəhərində» filminin Azərbaycan kino tarixində novatorluğu — düşüncə tərzində, bədii estetik formasında qabarıq görünür. «Film — janrına görə komediya, daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafı aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir». (Yuri Xanyutin) Rejissor Eldar Quliyev 2021-ci ildə vəfat etmişdir.

Filmoqrafiya:

  • 1967 Biri var idi, biri yox idi – bədii, rejissor, ssenarist
  • 1969 Bir cənub şəhərində – bədii,.rejissor
  • 1970 Abşeron ritmləri – film-konsert, rejissor
  • 1971 Ən vacib müsahibə – bədii, rejissor
  • 1972 Var olun, qızlar! – bədii, rejissor
  • 1974 Səmt küləyi – bədii, rejissor
  • 1975 Ürək, ürək… –bədii, rejissor
  • 1977 Sevinc büxtası – bədii, rejissor, ssenarist
  • 1979 Babək – bədii, rejissor
  • 1982 Nizami –bədii, rejissor
  • 1984 Gümüşgöl əfsanəsi –bədii, rejissor, ssenarist
  • 1986 Burulğan – bədii, rejissor, ssenarist
  • 1988 Əfqan gündəliyi – sənədli, ssenarist
  • 1989 Təxribat – bədii, rejissor, ssenarist
  • 1989 Dünən, bu gün və… – sənədli, ssenarist
  • 1991 Bizim Nəsibə xanım — sənədli, rejissor
  • 1991 Özüm və zaman haqqında — sənədli, ssenarist
  • 1992 Dostuma məktub — sənədli, rejissor, ssenarist
  • 1999 Nə gözəldir bu dünya — bədii, rejissor, ssenarist
  • 2006 Girov — bədii, rejissor, ssenarist
  • 2010 İstanbul reysi — bədii, rejissor, ssenarist
  • 2013 Dərvişin qeydləeri — bədii, rejissor