Cavanşir Quliyev

Bəstəkar

(22.11.1950)

Cavanşir Rəhim oğlu Quliyev Şəkidə anadan olub. Şəki Musiqi Texnikumundan məzun olub (1968). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və Cövdət Hacıyevin bəstəkarlıq sinifində təhsil alıb (1975). Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb (1973-1990). Bir müddət Azərbaycan Konsert Birliyində bədii rəhbər olub (1990-1993), Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci ildən Akademik Milli Dram Teatrında musiqi hissə müdiri olub. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professorudur. Beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”, ”Sonatina”, muğam səs sıralarında hazırlanmış royal üçün “Yeddi pyes”, çoxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”, simli orkestr və zurna üçün “Musiqi”, simfonik orkestr və zurna üçün “Uvertüra”, saz və skripka üçün “Sonata», dörd simfoniya, saz, fleyta və violonçel üçün “Karvan” triosu (2000), simli orkestr üçün “Dastan” (2001), dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün (“Atlas” — Hollandiya) “Bayatı”, “Məhəbbət oyunu” (2001) və “Yeddi məhbusə” operettaları, “Oğuznamə” baleti, teatr tamaşalarına musiqi (“Sevgililərin cəhənnəmdə vüsalı” (1991), “İydə ağacı” (1992), “Özümüzü kəsən qılınc” (1999), “Dar ağacı”, “Aydın” (2000)) yazıb. Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb. “Humay” (2000), “Qızıl Dərviş” mükafatları (2001) laureatı, Əməkdar incəsənət xadimidir (1992). «Sübhün səfiri» filminə görə «Ən yaxşı orijinal musiqi» nominasiyasında «Qızıl Pəri» mükafatına layiq görülüb (2015).

  1. https://news.milli.az/culture/404260.html
  2. https://aki.az/cavansir-quliyev-70/
  3. https://qafqazinfo.az/news/detail/cavansir-quliyev-19-ilden-sonra-birdefelik-azerbaycana-qayitdi-376647
  4. https://modern.az/musahibe/298868/cavansir-quliyev-iller-sonra-bakida-qarabaa-da-getmek-isteyirem-msahibe/
  5. https://kulis.az/xeber/media/Cavansir-Quliyev-Musfiqdn-oratoriya-yazdi-31452

Filmoqrafiya:

  1. Xeyir və şər (1980, animasiya filmi) – bəstəkar
  2. Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – bəstəkar
  3. Sovet Azərbaycanı (VI) (1982, qısametrajlı sənədli film) – bəstəkar
  4. Mirzə Kazım bəy: Elmə həsr olunmuş ömür (1983, qısametrajlı sənədli film) – bəstəkar
  5. Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – bəstəkar
  6. Günahsız Abdulla (1984, tammetrajlı film-tamaşa) – bəstəkar
  7. Həqiqətin anı (1984, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  8. Yeniləşmiş diyar (1984, qısametrajlı sənədli film) – bəstəkar
  9. Sonuncu məhəbbət (1985, tammetrajlı film-tamaşa) – bəstəkar
  10. Astana (1986, tammetrajlı film-tamaşa) – bəstəkar
  11. Daş yaddaş (1986, qısametrajlı sənədli film) – bəstəkar
  12. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – bəstəkar
  13. Lahıc (II) (1986, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  14. Ağ atlar üçün vals (1987, tammetrajlı film-tamaşa) – bəstəkar
  15. Araqarışdıran (1987, tammetrajlı bədii film) – bəstəkar
  16. Bəxtiyar Vahabzadə (1987, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  17. Kəndlərin harayı (1987, qısametrajlı sənədli film) – bəstəkar
  18. Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – bəstəkar
  19. Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – bəstəkar
  20. Çətin məsələ (1988, animasiya filmi) – bəstəkar
  21. Anarla üz-üzə (1989, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  22. Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – səs rejissoru
  23. Lətifə (1989, tammetrajlı bədii film) – bəstəkar
  24. Sənsiz (II) (1989, tammetrajlı film-tamaşa) – bəstəkar
  25. Dünya bir pəncərədir (1990, qısametrajlı sənədli film) – bəstəkar
  26. Güzgü (1990, qısametrajlı bədii film) – bəstəkar
  27. Haray (1990, qısametrajlı sənədli film) – bəstəkar
  28. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – bəstəkar
  29. Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – bəstəkar
  30. Etiraf (1992, tammetrajlı bədii film) – bəstəkar, dirijor
  31. Qayıdış (II) (1992, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  32. Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – bəstəkar, filmi səsləndirən (kadrarxası şeiri səsləndirən)
  33. Fəryad (1993, tammetrajlı bədii film) – bəstəkar
  34. Kamança (1993, qısametrajlı film-tamaşa) – bəstəkar
  35. İtkin gəlin (1994, bədii serial) – bəstəkar
  36. Ağ dünya (1995, tammetrajlı bədii film) – bəstəkar
  37. Ayrılıq (1995, qısametrajlı bədii film) – musiqi aranjmançısı
  38. Əzablı yollar (II) (1995, tammetrajlı sənədli film) – musiqi tərtibatçısı
  39. Göylər sonsuz bir dənizdir (1995, sənədli serial) – bəstəsindən istifadə olunub
  40. Muğam (II) (1995, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı (vokal)
  41. Apardı sellər Saranı (1996, qısametrajlı film-tamaşa) – bəstəkar
  42. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı
  43. Yarımştat (1996, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
  44. Canavar balası (1997, tammetrajlı bədii film) – bəstəkar
  45. Fatehlərin divanı (1997, bədii serial) – bəstəkar
  46. Taleyin qisməti (1997, bədii serial) – bəstəkar
  47. Tikdim ki, izim qala (1997-1998, sənədli serial) – bəstələrindən istifadə olunub
  48. Qırmızı qar (1998, tammetrajlı bədii film) – bəstəkar
  49. Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – bəstəkar
  50. Yağışdan sonra (1998, bədii serial) – bəstəkar
  51. Məhv olmuş gündəliklər (1999, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  52. Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – bəstəkar
  53. Çalalar (2000, animasiya filmi) – bəstəkar
  54. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı (vokal)
  55. Şeirin Xəzrisi (2000, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  56. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
  57. Sonuncu orden (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  58. Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – bəstəkar
  59. Mənim ömür nəğmələrim (2003, qısametrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
  60. Yumurta (2003, tammetrajlı film-tamaşa) – bəstəkar
  61. Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – bəstəkar
  62. Cavid ömrü (2007, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı
  63. Gəl!.. (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  64. Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  65. Dostuma məktub… (II) (2010, qısametrajlı sənədli film) – bəstəkar
  66. Əli Kərim. Gələcəyin şairi (2010, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  67. Buta (II) (2011, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı (ud)
  68. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı (tar)
  69. Səni axtarırıq… (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  70. Əli və Nino (2016, tammetrajlı bədii film) – bəstəkar
  71. 1918-ci il hadisələri — Unudulmayan tarix (2018, qısametrajlı sənədli film) – bəstəsindən istifadə olunub
  72. Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  73. Dodaqdan qəlbə (tammetrajlı film-tamaşa) – bəstəkar
  74. Tomris (tammetrajlı film-tamaşa) – bəstəkar
Kontakt:+994 50 214 71 53
Ünvan:Bakışəhəri, Ş.Zeynalov küçəsi ev 4, mənzil 25.