Eldar Mansurov
bəstəkar
(28.02.1952)
Eldar Bəhram oğlu Mansurov Bakıda anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində (1968-1972), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində (1974-1979, Cövdət Hacıyevin sinfi) təhsil alıb. Əsərləri arasında “Sevgilimin anası” müzikli (1990), “Mahur-hindi” simfonik muğamı (1991), 4 saylı simfoniya (1991), kamera orkestri üçün “Freskalar” (1991), skripka və simfonik orkestr üçün “Adajio” (1991), simfonik orkestr üçün “Passakalya” (1991), 5 saylı simfoniya (1992), piano üçün “Miniatürlər” (1996), “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, teatr tamaşalarına musiqi – “Çələbi xan” (1990), “Dişi canavar” (1991), “Mənim ağ şəhərim” (1991), “Məşuqələr” (1992), “Pul dəlisi” (1992), “Nəğməli, təbəssümli səyahət” (1992), “Ah, qadınlar” (1992), “Evlənmək istəyirəm” (1993), “Aktyor” (1994), “Kələkbaz qızlar” (1994) var. 3000-dən artıq mahnının müəllifidir. Respublika İncəsənət Gimnaziyasında və İstanbulda pedaqoji fəaliyyətlə məşğul olub. BMTİ və Lider televiziyalarında musiqi redaktoru kimi çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub (2007-2012). Əməkdar incəsənət xadimidir (2005).
Bəstəkar Eldar Mansurov tarzən Bəhram Mansurovun oğludur.
Bəstəkar Eldar Mansurov təsvir rejissoru Aydın Mansurovun qardaşıdır.
Eldar Manrusovun rəsmi saytı: https://eldarmansurov.com/
- https://qafqazinfo.az/news/detail/eldar-mansurov-70-yasini-nece-qeyd-edir-354944
- https://news.milli.az/culture/129407.html
- https://eldarmansurov.com/
- https://kulis.az/xeber/edebi-tenqid/xeber________________________________________-14367
- http://azhistorymuseum.gov.az/az/news/3791
- https://azertag.az/xeber/Eldar_Mansurov_Qarabagname_baleti_uzerinde_isleyirem-2342720
- https://mia.az/w1008991/1008991
- https://adalet.az/mobil/168582
FILMOQRAFIYA:
- Aran (1985, qısametrajlı sənədli film) – bəstəkar
- Yürüşün sonu varmı? (1985, qısametrajlı sənədli film) – bəstəkar
- Neftçi — 87 (1987, qısametrajlı sənədli film) – bəstəkar
- Əndazədən çıxanda (1988, animasiya filmi) – bəstəkar
- Bəxtəvər (1990, qısametrajlı bədii film) – bəstəkar
- Güzgü (II) (1990, animasiya filmi) – bəstəkar
- Almas İldırım (1991, qısametrajlı sənədli film) – bəstəkar
- Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – bəstəkar
- Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – bəstəkar
- Dəniz səyahəti (1992, animasiya filmi) – bəstəkar
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – bəstəkar
- Əzablı qurtuluş (1993, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Qisas günü (1993, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Hökm (1994, tammetrajlı bədii film) – bəstəkar
- İşğal (1994, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Bala-başa bəla! (1995, tammetrajlı film-tamaşa) – bəstəkar
- Yük (1995, tammetrajlı bədii film) – bəstəkar, aktyor (Şəmsi Əsədullayev)
- Bir cənub kəndində (1997, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Heydər Əliyev (1999-2013, sənədli serial) – bəstəkar
- Şirin bülbül (2000, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Bakı qalasında gəzinti (2003, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Mahur Hindi (2001, qısametrajlı sənədli televiziya filmi) – bədii rəhbər
- İlham Əliyev. “Olimp”in fəthinə doğru (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Abşeron lövhələri (II) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – bəstəkar
- Toy (II) (2005, tammetrajlı bədii film) – bəstələrindən istifadə olunub
- Arzularını çəkən rəssam (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Bakı bağları (2007, sənədli serial) – bəstəsindən istifadə olunub
- Gəl!.. (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Siçan və pişik (2007, animasiya filmi) – bəstəkar
- Azarkeş (2008, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Təhlükəsizliyimizin tarixi (2009, sənədli serial) – bəstəkar
- Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Tırtılın arzusu (2010, animasiya filmi) – bəstələrindən istifadə olunub
- Ayrılıq üçün bəhanə (2011, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Hörümçək toru (2011-2012, bədii serial) – bəstəkar
- Eldən-elə: Qax Sarıbaş (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Tarın sədaları. Mansurovlar (2013, qısametrajlı sənədli film) – bəstəkar
- Dələduzlar (2014, tammetrajlı bədii film) – bəstəkar
- Günəşim ol (2016-2017, bədii serial) – bəstəkar
- Çin olan yuxu (2017, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
