Emin Sabitoğlu
Bəstəkar
(02.11.1937 — 18.11.2000)
Emin Sabitoğlu (Emin Mahmudov Sabit Rəhman oğlu) Bakıda anadan olub. Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında, (1954-1956, Qara Qarayevin sinfi), P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi). 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox əsərlərin müəllifidir: bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin mahnı janrı onun yaradıcılığının əsasını təşkil edib. 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Ömrünün son illərində Türkiyədə yaşayıb, İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru olub. Xalq artisti Emin Sabitoğlu 2000-ci ildə vəfat edib.
Bəstəkar Emin Sabitoğlu yazıçı, dramaturq Sabit Rəhmanın oğludur.
- http://www.anl.az/down/meqale/kaspi_az/2017/noyabr/561364.htm
- https://axar.az/news/musahibe/151925.html
- https://edebiyyat.az/musiqi/567-emin-sabitoglu-kinonun-ruhunu-duyan-bestekar.html
- https://www.mia.az/w1001142/repressiya-ilinde-dogulan-ve-500-den-artiq-mahninin-muellifinbspemin-sabitoglunun-heyati-fotolar-2020-11-02-194509
FILMOQRAFIYA:
- 150 il. Mirzə Fətəli Axundov (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Dağlarda zavod (1962, qısametrajlı sənədli film) – səs operatoru
- Möhtəşəm tikintinin adamları (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Paltar fabriki (1962, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Azərbaycanın subtropiklərində (1963, qısametrajlı sənədli film) – bəstəkar
- Kür (1963, qısametrajlı sənədli film) – bəstəkar
- Sənin tərcümeyi-halın (1963, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Yollar və küçələrlə (1963, qısametrajlı sənədli film) – bəstəkar
- Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən… (1964, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
- Sabahın xeyir, Bakı! (1964, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Böyük bostan (1965, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
- Dəniz (1965, qısametrajlı sənədli film) – bəstəkar
- Dostluq məşəli (1965, qısametrajlı sənədli film) – bəstəkar
- Azəri teatrının ustaları (1966, tammetrajlı sənədli film) – bəstəkar
- Camışçılıq (1966, qısametrajlı sənədli film) – bəstəkar
- Cəlil Məmmədquluzadə (1966, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Dostların ölkəsində (1966, qısametrajlı sənədli film) – bəstəkar
- O geri çəkilməlidir (1966, qısametrajlı sənədli film) – bəstəkar
- Salam, Azərbaycan! (1966, qısametrajlı sənədli film) – bəstəkar
- Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – bəstəkar
- Azərbaycan çayı (1967, qısametrajlı sənədli film) – bəstəkar
- Hünər əbədidir (1967, qısametrajlı sənədli film) – bəstəkar
- Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – bəstəkar
- Sahil bağı (1967, qısametrajlı bədii film) – bəstəkar
- Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – bəstəkar
- Oxuyur Şövkət Ələkbərova (1970, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Çiçək yağışı (1971, qısametrajlı sənədli film) – bəstəkar
- Gün keçdi (1971, tammetrajlı bədii film) – bəstəkar
- Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktyor (özü)
- Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – bəstəkar
- Payız melodiyaları (1974, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Dədə Qorqud (1975, tammetrajlı bədii film) – bəstəkar
- Dörd bazar günü (1975, tammetrajlı bədii film) – bəstəkar
- Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Qeyri-adi ov (1976, qısametrajlı bədii film) – bəstəkar
- Ad günü (1977, tammetrajlı bədii film) – bəstəkar
- De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Bayquş gələndə… (1978, tammetrajlı bədii film) – bəstəkar
- Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – bəstəkar, aktyor (tamaşaçı)
- Od içində (1978, tammetrajlı bədii film) – bəstəkar
- Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – bəstəkar
- İstintaq (1979, tammetrajlı bədii film) – bəstəkar
- Kişilər (1979, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – bəstəkar
- Bağlı qapı (1981, tammetrajlı bədii film) – bəstəkar
- Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
- Səni axtarıram (1981, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – bəstəkar
- Salam, Zeynəb! (1982, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Bağışla (1983, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- Park (1983, tammetrajlı bədii film) – bəstəkar
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – bəstəkar
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – bəstəkar
- Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Özgə ömür (1987, tammetrajlı bədii film) – bəstəkar, aktyor (sərnişin)
- Yaramaz (1988, tammetrajlı bədii film) – bəstəkar
- Dairə (1989, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – bəstəkar
- Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – bəstəkar
- Balıqların harayı (1990, qısametrajlı sənədli film) – bəstəkar
- Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – bəstəkar
- Mənim çörəkli dünyam (1991, qısametrajlı sənədli film) – bəstəkar
- Qayıdış (II) (1992, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Təhminə (1993, tammetrajlı bədii film) – bəstəkar, aktyor (ad günündəki qonaq)
- Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – bəstəkar
- Bir cənub kəndində (1997, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Heydər Əliyev (1997-2013, sənədli serial) – bəstələrindən istifadə olunub
- Otel otağı (1998, tammetrajlı bədii film) – bəstəkar
- Şeirin Xəzrisi (2000, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Gəlinlər (2002, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Oqtay Ağayev. Ötən günlər (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Cümhuriyyət generalları (2006, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Bakı bağları (2007, sənədli serial) – bəstəsindən istifadə olunub
- Mətbuat fədaisi (2007, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Təbiətin xilaskarı (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – bəstəkar
- Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Səni axtarırıq… (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Azərbaycan incəsənəti minillikləri… (2014, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
