Tahir Əliyev
kinorejissor
(28.04.1975)
Tahir Cabbar oğlu Əliyev (Tahir Tahiroviç) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (1993-1998, Cəmil Quliyevin emalatxanası), Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində sinema üzrə magistr təhsili alıb (2012-2014). Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun «Teatr, kino və televiziya» şöbəsinin aspirantıdır.
“Azərbaycanfilim”də rejissor assistenti (1995-2000), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor (2003-2007), Azərbaycan televiziyasının “Xüsusi lahiyələr” departamentində rejissor (2007-2008), “Salnamə” sənədli filmlər studiyasında quruluşçu rejissor (2008-2016) kimi çalışıb. Halzırda “Aran Film” Yaradıcılıq Mərkəzinin bədii rəhbəridir. «Nova Gorica» kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir.
Respublika “Gənclər mükafatı”na (2005), kinematoqrafiya sahəsindəki uğurlarına görə “İlin ən yaxşı sənədli film rejissoru” mükafatına (2005), V Beynəlxalq Audiovizual Festivalın xüsusi mükafatına (2005), V Volakalamsk Beynəlxalq Kinofestivalının mətbuat mükafatına (2007, Moskva), VII Beynəlxalq Audiovizual Festivalın xüsusi mükafatına (2007), V Avrasiya Beynəlxalq Kinofestivalında I dərəcəli diploma (2009, Sevastopol), XVIII «Zolotoy Vityaz» Kinoforumunun diplomuna (2009, Lipetsk), lV «İnsan və Müharibə» Beynəlxalq Kinofestivalının mükafatına (2009, Yekaterinburq), Ərzurum Atatürk Universitetinin xüsusi diplomuna (2009, Ərzurum), Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatına (2010, Novo-Qoriça), «Bilik Aləmi» Beynəlxalq Kinofestivalının xüsusi diplomuuan (2010, Sankt-Peterburq), S.Bondarçuk adına Beynəlxalq Kinofestivalın mükafatına (2010, Volakalmsk), XX «Zolotoy Vityaz» Kinoforumunun diplomuna (2011, Kursk), Kars Kafkas Universitetinin diplomuna (2012, Kars), «Azərbaycan Alman» dostluq cəmiyyətinin xüsusi diplomuna (2012, Bakı), Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına (2014, Bakı), XI Avrasiya Beynəlxalq Kinofestivalının diplomuna (2015, Sevastopol), Rusiya Federasiyasının prezidenti V.Putinin «Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibəti ilə” mükafatı və xatirə medalına (2015, Moskva), “İlin ən yaxşı televiziya filmi” nominasiyasında (“Unudulmuş partizan” filmi) Azərbaycan Kino Akademiyasının «Qızıl Pəri» Peşə mükafatına (2015) Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə xatirə medalına (2016, Varşava) layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, MDB və Baltikyanı Dövlətləri Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.
- https://kulis.az/news/12475
- https://aki.az/tahir-%C9%99liyev-s%C9%99n%C9%99dli-filml%C9%99r-c%C9%99km%C9%99k-ciddi-arasdirma-t%C9%99l%C9%99b-edir/
- https://axar.az/news/kult/65704.html
- https://medeniyyet.az/page/news/4421/Kinorejissor-Tahir-Eliyev-Sloveniyada-mukafat-alib-.html
- https://penitensiar.justice.gov.az/news/678-penitensiar-xidmtin-mhafiz-alaynda-film-nmayi-edilmidir.html
FILMOQRAFIYA:
- Yaz havası (1998, qısametrajlı bədii film) — rejissor
- Qışın rəngi (2004, qısametrajlı sənədli televiziya filmi) — rejissor
- Mömünə xatun (2004, qısametrajlı sənədli televiziya filmi) — rejissor
- Naxçıvan etüdləri (2004, qısametrajlı sənədli televiziya filmi) — rejissor
- Özgələr arasında doğma (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Yalçın (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Akademik Yusuf Məmmədəliyev (2005, qısametrajlı sənədli televiziya filmi) — rejissor
- Çalış nəfəs alma (2005, qısametrajlı bədii film) – inzibatçı
- Duz dağının əfsanəsi (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Kaskadyorlar (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Nəimi (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Arpaçay (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Avarlar (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xaraba Gilan (II) (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Köhnə… Yeni Naxçıvan (2006, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi, prodüser
- Kuklalar, adamlar… (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Sərhədsiz ürək (2006, qısametrajlı sənədli film) – rejissor
- Şahtaxtlılar (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Şərur yallısı (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Təkrar yuxular (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Əlincə qalası (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Gilan Narınqalası (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Gözlə qaş arasında (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Hüseyn İbrahimov (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Oğlanqala (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Prezident (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Səhra gülü (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Səs (III) (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Toyumuzun toyu (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- 125 illik yol (2008, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, prodüser
- Təxəllüsü “Mixaylo” (2008, qısametrajlı sənədli film) – rejissor
- El adamı (2009, qısametrajlı sənədli televiziya filmi) – aktyor
- Kazım Qarabəkir Paşa (2009, qısametrajlı sənədli film) – rejissor
- Parisli azərbaycanlı (2009, qısametrajlı sənədli film) – rejissor
- Akademik (2010, qısametrajlı sənədli film) – rejissor
- Qafqaz qartalının uçuşu (2010, qısametrajlı sənədli film) – rejissor
- Mən sizi sevirəm (2010, qısametrajlı sənədli film) – rejissor
- 21-ci ilin son payızı (2011, qısametrajlı sənədli film) — rejissor
- Belqraddan məktublar (2011, qısametrajlı sənədli film) – rejissor
- Boş yerə təbil vurma (2011, qısametrajlı sənədli film) – rejissor
- Xəzərdən Dunaya (2011, qısametrajlı sənədli film) – rejissor
- Medo Hollandiyadadır (2011, qısametrajlı sənədli film) – rejissor
- Sərçələrin payı (2011, qısametrajlı bədii film) – rejissor
- IX korpus (2012, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Unudulmuş partizan (2012, qısametrajlı sənədli film) – rejissor (2015, “Qızıl Pəri” mükafatı – “Ən yaxşı televiziya filmi”)
- Girov uşaqlar (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Tbiliso (2013, qısametrajlı bədii film) – rejissor
- Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – xətt prodüseri
- Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – rejissor
- Parisdən məktublar (2014, qısametrajlı sənədli film) – rejissor
- Niyazi (2014, qısametrajlı sənədli film) – yaradıcı heyətin üzvü
- Polkovnik (2015, qısametrajlı sənədli film) – rejissor
- Bu Azərbaycan sirkidir (2016, tammetrajlı sənədli film) – bədii rəhbər
- Düdəngədən Münhenə… (2016, qısametrajlı sənədli film) – rejissor
- Əbədi ezamiyyət (2016, tammetrajlı sənədli film) – aktyor (Məmməd Məhərrəmov), məsləhətçi
- İqlimlər (II) (2016, qısametrajlı sənədli film) – bədii rəhbər
- Qars vətənimdir (2016, qısametrajlı sənədli film) – kreativ prodüser
- Sakit gün (2016, qısametrajlı sənədli film) – bədii rəhbər
- Sonluğun izi ilə (2016, qısametrajlı sənədli film) – bədii rəhbər
- Ürək yaddaşı (II) (2016, qısametrajlı sənədli film) – bədii rəhbər
- Zamanında yaşadım (2016, qısametrajlı sənədli film) – bədii rəhbər, ssenari müəllifi
- Atadan oğula (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Cavabsız sual (II) (2017, tammetrajlı sənədli film) – bədii rəhbər
- Daşla danışan adam (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Dəmirin yolu (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Əfsanə (II) (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Əliaçıq xəsis (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Gecikmə (2017, qısametrajlı sənədli film) – rejissor
- Həqiqət sorağında (2017, tammetrajlı sənədli televiziya filmi) – icraçı prodüser
- Hələ axşam olmayıb (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Həyat bizi sınayır (II) (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Həyatımın notları (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- İki dünya arasında (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Qara dəlik (2017, qısametrajlı bədii film) – bədii rəhbər
- Qarabağ: əsirlər və girovlar. Közərən xaç (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Mənim adım Ələkbər (2017, qısametrajlı sənədli film) – bədii rəhbər, ssenari müəllifi
- Orkestr və mən (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Ölməz Murtuza (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Ölümündən sonra məhkəmə (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Ömrümün qızıl payızı (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Sarıbaş (II) (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Sərdar Fərəcov (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Sonuncu akkord (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Şahtaxtı (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Şuşanın dağları başı dumanlı (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Uğur məktəbi (2017, qısametrajlı sənədli film) – bədii rəhbər
- Bakılı qızlar (2018, qısametrajlı sənədli film) – bədii rəhbər
- Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Gizli İstiqlalçılar (2018, qısametrajlı sənədli film) – bədii rəhbər
- Xalisin arzuları (2018, qısametrajlı bədii film) – rejissor
- Səmanın fəthi (2018, qısametrajlı sənədli film) – bədii rəhbər
- Kəpəzə gedən yol (2019, qısametrajlı sənədli film) – bədii rəhbər
