Xamis Muradov
Rejissor
(15.09.1943)
Xamis Bəkir oğlu Muradov (Xamiz Muradov / Xamiz Muğal) Qaxın Muğal kəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1962-1966), Moskvada Ali rejissorluq və ssenari kurslarının Rejissorluq bölməsində (1969-1971) təhsil alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Salnamə” sənədli filmlər studiyasına (1988-2001), “Azərbaycanfilm” kinostudiyasına (2002-2011) rəhbərlik edib. 70-dən çox sənədli filmin rejissorudur. Onlarla bədii filmə prodüserlik edib. “9 dəqiqə” sənədli filminə görə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb (2003). Əməkdar incəsənət xadimi (2000), Xalq artisti (2005), Dövlət mükafatı (1988), “Humay” mükafat laureatıdır.
- https://kulis.az/xeber/senet/xeber___________________________________________-10149
- https://www.azerbaijan-news.az/view-161091/Birliyin-yenilm%C9%99zliyin-n%C3%BCmun%C9%99si
- https://modern.az/az/news/306460/asiq-elesger-senedli-filmi-berpa-edildi
- https://aki.az/v-dokubaku-beyn%C9%99lxalq-s%C9%99n%C9%99dli-film-festivalinin-ucuncu-gunund%C9%99/
FILMOQRAFIYA:
- İnsan məskən salır (1967, tammetrajlı bədii film) – rejissor köməkçisi
- Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
- Qanun naminə (1968, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (banda başçısı)
- Şərikli çörək (1969, tammetrajlı bədii film) – ikinci rejissor
- Nəsimi (1971, qısametrajlı sənədli film) – rejissor
- Aşıq Ələsgər (1972, qısametrajlı sənədli film) – rejissor
- Daşkəsən (1973, qısametrajlı sənədli film) – rejissor
- Həmid Sultanov (1973, qısametrajlı sənədli film) – rejissor
- Məndə sığar iki cahan… (1973, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Bahar günəşi (1974, qısametrajlı sənədli film) — rejissor
- Şənlik bizə yaraşır (1974, qısametrajlı sənədli film) — rejissor
- Əbədi qardaşlıq (1975, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Fransa qəhrəmanı (1975, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dünyaya insan gəlir (1976, qısametrajlı sənədli film) — rejissor
- Üzeyir Hacıbəyov (II) (1976, qısametrajlı sənədli film) — rejissor
- Qarabağ bülbülləri (1977, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qazmada elektrotexnika kompleksləri (1977, qısametrajlı sənədli film) – rejissor
- Qardaşlaşmış… (1978, qısametrajlı sənədli film) – rejissor
- Ukraynada Azərbaycan mədəniyyəti günləri (1978, qısametrajlı sənədli film) – rejissor
- Bakının işıqları (II) (1979, qısametrajlı sənədli film) – rejissor
- Yaşıl möcüzə (1979, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycanın əkilən otlaqları (1980, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Xaqani (1980, qısametrajlı sənədli film) – rejissor
- Heyvandarlıq zərbəçi cəbhədir (1981, qısametrajlı sənədli film) – rejissor
- Qəhrəmanlara eşq olsun! (1981, qısametrajlı sənədli film) – rejissor
- Şəfa bulağı (1981, qısametrajlı sənədli film) – rejissor
- Abşeron rəngləri (1982, qısametrajlı sənədli film) – rejissor
- Natəvan (1982, qısametrajlı sənədli film) – rejissor
- Elin sazı, elin sözü (1983, qısametrajlı sənədli film) – rejissor
- Zireh qalalar (1983, qısametrajlı sənədli film) – rejissor
- Ulu diyar (1984, qısametrajlı sənədli film) – rejissor
- Xəzər gəmiçiliyi — 60 (1985, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Sağ ol, müəllim (1985, qısametrajlı sənədli film) – rejissor
- Mən Bakıda yaşayıram (1986, qısametrajlı sənədli film) – rejissor
- Balaban (1987, qısametrajlı sənədli film) – rejissor
- Əks-səda (II) (1987, qısametrajlı sənədli film) – rejissor
- Oktyabr və Azərbaycan (1987, qısametrajlı sənədli film) – rejissor
- Uçuş xətti (1987, qısametrajlı sənədli film) – rejissor
- Kreslo (1988, qısametrajlı sənədli film) – rejissor
- Sabirabad (1988, qısametrajlı sənədli film) – rejissor
- Yenidənqurmanın işığında… (1988, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Boşluq (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Gözəllik ilahəsi (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Murtuzun tarı (1989, qısametrajlı sənədli film) – rejissor
- Şərəfli yol (II) (1989, qısametrajlı sənədli film) – rejissor
- Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, bədii rəhbər
- Mədrəsə (1990, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Şəhidlərdən şəhidlərə (1990, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ağdam nemətləri (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Həcc ziyarəti (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Xəzər köməyə çağırır (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Mənim çörəkli dünyam (1991, qısametrajlı sənədli film) – rejissor
- Ömür qatarı (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Şəhidlər və qazilər (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ziya ocağı (1991, qısametrajlı sənədli film) – rejissor
- 100 ilin astanasında (1992, qısametrajlı sənədli film) — ssenari müəllifi
- İnama qayıdış (1992, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azadlıq elçisi (1993, qısametrajlı sənədli film) – rejissor
- Qədirin sorağında (1994, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Zirvəyə gedən yol (II) (1995, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- 9 dəqiqə (1999, qısametrajlı sənədli film) — rejissor
- Ana (1999, qısametrajlı sənədli film) — rejissor
- Əshabi-Kəhf (2000, qısametrajlı sənədli film) — rejissor
- Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dədə ocağında (2002, qısametrajlı sənədli film) — rejissor
- Ovsunçu (2002, tammetrajlı bədii film) – prodüser
- Haray (III) (2004, qısametrajlı sənədli film) — rejissor
- Girov (2005, tammetrajlı bədii film) – prodüser
- Qarabağ xanəndələri (2005, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Yalan (2005, tammetrajlı bədii film) – prodüser
- Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – prodüser
- Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – prodüser
- Qala (2008, tammetrajlı bədii film) – baş prodüser
- Əlavə təsir (2010, tammetrajlı bədii film) – baş prodüser
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – baş prodüser
- Niyyət (2010, tammetrajlı bədii film) – prodüser
- Buta (II) (2011, tammetrajlı bədii film) – baş prodüser
- Tərsinə çevrilən dünya (2011, tammetrajlı bədii film) – baş prodüser
- Heykəllərdə yaşayan ömür (2012, qısametrajlı sənədli film) — rejissor, ssenari müəllifi
