Zaur Məhərrəmov

rejissor, ssenarist, təsvir rejissoru

(28.01.1938)

Zaur Xasay oğlu Məhərrəmov (Zaur Mükərrəm) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1957-1963). 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti kimi fəaliyyətə başlayıb. 1980-ci illərdən rejissor kimi fəaliyyətini davam etdirib, yaradıcılığını sənədli kinoya həsr edib. 1988-ci ildə “Yaddaş” sənədli filmlər studiyasını təşkil edib. Əməkdər incəsənət xadimi, Dövlət mükafatı laureatı (1982), professor Zaur Məhərrəmov uzun müddət Türkiyənin Anadolu Universitetinin kino və televiziya bölməsində dərs deyib. Türkiyədə “Sinematografi üzerine düşünceler” və “Belgesel üzerine düşünceler” adlı 2 kitabı çap olunub. Rejissor, təsvir rejissoru, ssenarist Zaur Məhərrəmov 2015-ci ildə “Milli kinonun inkişafına verdiyi töhfələrə görə” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb.

FILMOQRAFIYA:

  • “Nina” mətbəəsi (1963, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Dəniz (1965, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Su ərizəsi (1965, qısametrajlı bədii film) – təsvir rejissoru
  • Şəki sarayı (1965, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Salam, Azərbaycan! (1966, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Qobustan (1967, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=aSX1AO1zF6Q
  • Azərbaycan haqqında etüd (1969, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Cəfər Cabbarlı (II) (1969, qısametrajlı sənədli film) — təsvir rejissoru
  • Gənclər festivalı (1969, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Şirvanşahlar sarayı (1969, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=shnYTPq60PA&list=PLAtI5OWgNzB1VocO-jqiHsBtsFSoHTCwU&index=20
  • Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Çörək (1970, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • General Aslanov (1970, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Suriyada (1970, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • Xatirələr sahili (1972, tammetrajlı bədii film) – təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=hrKn5tocaAQ
  • Qızıl qaz (1972, tammetrajlı bədii film) — təsvir rejissoru
  • Odla təmasda (1972, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Naxışların yaddaşı (1973, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Neft Akademiyası (1974, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Bakı Komissarı Məşədi Əzizbəyov (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Daş saat (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Ekspo-75 (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Daşlar danışanda (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) — təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=4ILjM5NzSKs
  • Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Ad günü (1977, tammetrajlı bədii film) — təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=3lGGlgc1O-8
  • Üzü küləyə (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Baharla birgə (1978, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Söz əsrlərlə yaşayır (1979, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Dostluq körpüləri (1980, qısametrajlı sənədli film) – rejissor
  • Gözlə məni (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Qırmızı bayraqlı Azərbaycan (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Sovet Azərbaycanı (V) (1982, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Köç (1983, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=2qgKh3W12To
  • Mirzə Kazım bəy: Elmə həsr olunmuş ömür (1983, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  • Yaz harada, biz orada (1984, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Yeniləşmiş diyar (1984, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • İlk hücum (1985, qısametrajlı sənədli film) — təsvir rejissoru
  • “Avtoqraf” (1986, qısametrajlı sənədli süjet – Mozalan 103-3) – rejissor, təsvir rejissoru
  • Bakı eyvanları (1986, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Daş yaddaş (1986, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Ömür səhifələri. Üzeyir Hacıbəyov (III) (1986, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=V7q2HcCbc40&list=PLAtI5OWgNzB1VocO-jqiHsBtsFSoHTCwU&index=70
  • At kimə lazımdır? (1987, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru
  • İsti halvanın dadı (1987, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Kəndlərin harayı (1987, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Azərbaycana səyahət (II) (1988, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Əmbizlərin keşiyində (1988, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=BWjV60OS59o
  • Soltan quşunun sorağında (1988, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • Meydan (1989, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • https://www.youtube.com/watch?v=OqeB-2qPCQc
  • Dünya bir pəncərədir (1990, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • İstiqlal yollarında (1990, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Neft Daşları (1990, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • Almas İldırım (1991, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Xaraba Gilan (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • Sənsiz (III) (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  • Nurlu qəbirlər. Qaspralı İsmayıl bəy (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  • Əzablı yollar (II) (1995, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  • Əshabi-Kəhf (2000, qısametrajlı sənədli film) – ssenari müəllifi
Əlaqə:051 612 50 75; 012-431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.