Fikrət Ələkbərov
Rəssam
(18.02.1946)
Fikrət Ağazeynal oğlu Ələkbərov Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1962-1967), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində (1973) təhsil alıb. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
Xarici film istehsalçılarının “Brilliant əl” (1968, rejissor Leonid Qayday / Rusiya) filmində dekorator assistenti, “Meqapolis” (1992 / Ukrayna), “Portağallar” (1994 / Ukrayna) və “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmlərində rəssam kimi çalışıb. “Sonuncu düym” (1958, rejissorlar Teodor Vulfoviç, Nikita Kurixin / Rusiya) filmində Devinin dublyoru, “Amfibiya adam” (1961, rejissorlar Gennadi Kazanski, Vladimir Çebotaryov / Rusiya) filmində epizodik rolda, “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmində isə həbs düşərgəsi rəisinin müavini rolunda çəkilib.
Bunlardan başqa “Mozalan” satirik kinojurnalının 100-dən artıq süjetinin və bir neçə klipin bədii tərtibatını verib. Əməkdar rəssamdır (2008).
Rəssam Fikrət Ələkbərov təsvir rejissoru Ağazeynal Ələkbərovun oğludur.
- http://anl.az/down/meqale/medeniyyet/2011/fevral/158979.htm
- https://arki.az/az/news/631/emekdar-ressam-fikret-elekberovun-75-illik-yubileyidir
- http://kinobiz.az/celebrity/fikr%C9%99t-%C9%99l%C9%99kb%C9%99rov/
- https://525.az/news/52001-kino-ressami-fikret-elekberovun-70-illiyi-qeyd-edildi
FILMOQRAFIYA:
- Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – dekor rəssamı, aktyor
https://www.youtube.com/watch?v=4ILjM5NzSKs
- Tütək səsi (1976, tammetrajlı bədii film) – rəssam assistenti
https://www.youtube.com/watch?v=bPjf942ZYmc
- Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=HD_TLBLipgw
- Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=Vh3jmsJDzu4
- Qaynana (1978, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=JFGKyPqQuwA
- Od içində (1978, tammetrajlı bədii film) – geyim rəssamı
https://www.youtube.com/watch?v=klg4QIznODY
- Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) – dekor rəssamı
- Yol əhvalatı (1980, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=QJWHSuzBa6Q
- Qorxma, mən səninləyəm! (1981, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=JG4WGYMLFAw
- Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – dekor rəssamı
- Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – geyim rəssamı
- Avqust gələndə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
- Köhnə bərə (1984, tammetrajlı bədii film) – dekor rəssamı
- Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=5b6pRge4200
- Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – dekor rəssamı
https://www.youtube.com/watch?v=1ErjO8DlkCI
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – dekor rəssamı
- Özgə ömür (1987, tammetrajlı bədii film) – dekor rəssamı
- Gənc qadının kişisi (1988, tammetrajlı bədii film) – rəssam
- Murad-sad (1988, qısametrajlı bədii film) – rəssam
- Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
- 777 №-li iş (1992, tammetrajlı bədii film) — rəssam
- Son döyüş (1996, tammetrajlı bədii film) – rəssam
- Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – dekor rəssamı
- Ailə (1998, tammetrajlı bədii film) – aktyor
- Bir anın həqiqəti (2003, bədii serial) – rəssam, aktyor (Byurgen)
- Əlvida (2007, tammetrajlı bədii film) – rəssam, aktyor
- Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – rəssam
- Qocalar (2008, qısametrajlı bədii film) – rəssam
- Niyyət (2009, tammetrajlı bədii film) – rəssam
https://www.youtube.com/watch?v=tbCDjn3eDUA
- Psixiatr (2009, qısametrajlı bədii film) – rəssam, aktyor
- Əlavə təsir (2010, tammetrajlı bədii film) – rəssam
- Top həm düşər, həm qalxar (2011, qısametrajlı sənədli film) – rəssam
- Qorxma, mən səninləyəm! 1919 (2013, tammetrajlı bədii film) – rəssam assistenti
- Dərs (2015, tammetrajlı bədii film) – rəssam
